Bu gün, 25 aprel tarixində Marneuli Bələdiyyə Məclisinin
Maliyyə-Büdcə Komissiyasının geniş iclası keçirilib.
İclasda bələdiyyənin 2023-cü il büdcəsinin icrası ilə bağlı hesabat
müzakirə olunub.
Bələdiyyə Məclisi Komissiyasının iclasında büdcənin icrasında,
sosial proqram, infrastrukturun inkişafı – yolların bərpası, içməli
suyun çəkilməsi, küçə işıqlarının quraşdırılması və s. üçün hansı
vəsaitin xərcləndiyi, büdcə gəlirləri-xərcləri müzakirə olunub.
Bələdiyyə Məclisinin Maliyyə-Büdcə Xidmətinin hesabatını Marneuli
meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Koba Çxitunidze təqdim
edib və bildirib ki, 2023-cü il büdcəsinin icrası ilə bağlı hesabat
Marneuli meriyasının rəsmi veb-səhifəsində tam yerləşdirilib.
Meriyanın veb-səhifəsində yayımlanmış hesabata görə, Marneuli
bələdiyyəsi 2023-cü il ərzində əməkdaşların ezamiyyətinə 167 689
lari 17 tetri xərcləyib.
Marneuli meriyası keçən il nümayəndəlik xərclərinə 136 658 lari 91
tetri xərcləyib. İnformasiya Azadlığının İnkişafı İnstitutunun
(İDFİ) dərc etdiyi bəyanata görə, nümayəndəlik xərclərinə
qurumların təşkil etdiyi qəbullara, rəsmi ziyafətlərə,
mədəni-əyləncə tədbirlərinə xərclənən vəsaitlər daxildir. Gürcüstan
qanunvericiliyindəki müddəaya görə, nümayəndəlik xərci şəxsin
iqtisadi fəaliyyəti çərçivəsində çəkdiyi xərclərdir və bu xərclərə
(şirələr, mineral sular, sərinləşdirici içkilər, çay, qəhvə, səhər
yeməyi, nahar, şam yeməyi, ziyafət) şəxsin adından keçirilən
tədbirlər üçün (təqdimatlar, qəbullar) nəzərdə tutulmuş xərcləri,
ekskursiya, mədəni-tamaşa tədbirlərinin keçirilməsi, suvenirlərin
alınması və digər bu kimi xərcləri əhatə edir.
Marneuli Bələdiyyə Məclisinin Maliyyə-Büdcə Komissiyası Marneulinin
2023-cü il büdcəsinin icrası hesabatını bəyənib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.