Salome Zurabişvili - Bəzən məğlubiyyət də qələbədir! Oğlanlarımıza təşəkkür edirik!
Gürcüstan prezidenti Salome Zurabişvili “Facebook”da futbol üzrə milli komandanın Avropa çempionatının 1/8 finalında İspaniya yığması ilə keçirdiyi oyuna münasibət bildirərək, “bəzən məğlubiyyətin də qələbə olduğunu” yazıb.

Salome Zurabişvili futbolçulara təşəkkür edir.

"Bəzən məğlubiyyət də qələbədir! Oğlanlarımıza təşəkkürlər!”, - Salome Zurabişvili sosial şəbəkədə yazıb.

Gürcüstan milli futbol komandası ilk Avropa çempionatını 1/8 finalda İspaniyaya qarşı keçirib. Qarşılaşma
4:1 hesabı ilə ispanların xeyrinə başa çatıb.

Gürcüstan millisi iyunun 18-də Avropa çempionatında ilk oyununu Türkiyəyə qarşı keçirib və 1:3 hesabı ilə uduzub, iyunun 22-də isə Çexiya millisi ilə görüş 1:1 hesablı bərabərliklə başa çatıb və ilk xalını qazanıb. İyunun 26-da Gürcüstan millisi qrup mərhələsinin üçüncü oyununda Portuqaliyaya 2:0 hesabı ilə qalib gəlib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!

Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google