Abxaz dili Google Translate-ə əlavə edildi. Bu barədə
abkhazworld.com xəbər verib.
Şirkətin dediyi kimi, onların məqsədi dil maneələrini aradan
qaldırmaq və tərcüməni getdikcə daha çox insan üçün əlçatan
etməkdir.
Məlumdur ki, abxaz dili ilə yanaşı, Google Translate-ə, çeçen və
osetin dilləri də əlavə edilib -əksəriyyəti Afrika dilləri olan
cəmi 110 yeni dil. Google bildirir ki, yeni
dillər 614 milyondan
çox insanı və ya dünya əhalisinin təxminən 8%-ni təmsil edir.
Hazırda abxaz dili translate.google.com saytında mövcuddur və yaxın
gələcəkdə o, Google Translate proqramında da görünəcək. Qeyd etmək
lazımdır ki, bu, xidmət tarixində ən böyük genişlənmədir.