Müəllimlərə də tətil günündə “Ailə Müqəddəsiyi Günü” yürüşündə iştirak etməyi tapşırıblar
17 may tarixində, “Ailə Müqəddəsliyi Gününə” Marneulidən də qoşulacaqlar. Məktəb müəllimlərinin səfərbər edilməsi barədə məlumat yayılıb. Bir neçə kənddən müəllimlər “Marneuli” radiosu bu barədə məlumatı təsdiq ediblər, onlardan yürüşə qoşulmağı tələb ediblər.

“Bu gün məktəbdə mənə də dedilər ki, Marneuliyə gedirik (yürüşə)” – müəllim bildirir.

“Bizim məktəbə hələ zəng vurmayıblar, amma bizim inzibati vahidliyə daxil olan
dörd kəndin məktəbinə deyiblər”
– müəllim deyir.

“Bir az əvvəl müəllimim ilə görüşdüm və dedi ki, bizi yenə də Tbilisiyə getməyə məcbur edirlər” – yerli sakinlərdən biri deyir.

Daha bir kəndin sürücüsü də aksiyaya gedildiyini “Marneuli” radiosuna təsdiq edib.

Marneuli və Hucabi yeparxiyası da Tbilisidə anons edilən yürüşə qoşulacaq. Onların möminlərə etdiyi müraciətdə deyildiyi kimi, yürüş Kaşuetidən Sameba kilsəsinə qədər davam edəcək.

“17 may tarixində, Ailə Müqəddəsliyi Günü ilə əlaqədar Marneuli və Hucabi Yepiskopu Qiorqi (Camdeliani) xeyir-duası ilə, dindarlar ilə paytaxt Tbilisidə, saat 12:00-da Kaşuetidən Sameba kilsəsinə gedən yürüşə qoşulacaqlar. Çıxış - Müqəddəs Davit Ağmaşenebeli adına Katedral Kiləsi, saat 10:30”.

Marneuli kəndlərində kilsə rəhbərləri yürüşdə iştirak etmək üçün oxşar bəyanat yayıblar.

Gürcüstan hökuməti 17 may tarixini tətil günü elan edib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google