Tbilisi meriyası: imtahan mərkəzlərinə getmək üçün bələdiyyə avtobus marşrutları ayrılacaq
Tbilisi meriyasının məlumatına görə, iyulun 3-dən avqustun 6-dək vətəndaşlara imtahan mərkəzlərinə əlavə bələdiyyə avtobusları xidmət göstərəcək.

Kaladzenin sözlərinə görə, avtobuslar standart tariflə səhər saat 06:00-dan 20:00-a kimi hərəkət edəcək.

Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin müəyyən etdiyi imtahan dövründə iyulun 3-dən avqustun 6-dək imtahan mərkəzlərinə bələdiyyə avtobuslarının əlavə marşrut xətləri ayrılacaq.

Müxtəlif dövlət məktəblərində imtahan verməli
və ya abituriyentlərə xidmət etməli olanları avtobuslar imtahan mərkəzlərinin yerləşəcəyi Tbilisinin N39, N103, N133, N147, N175, N177, N191 və N207 dövlət məktəblərinə aparacaq. Bu müvəqqəti marşrutlarda avtobuslar saat 06:00-dan axşam saat 20:00-dək standart tariflə vətəndaşlara xidmət göstərəcək.

Kaxa Kaladze bildirib ki, müvəqqəti marşrutlar haqqında ətraflı məlumat meriyanın saytında yerləşdiriləcək.

175 nömrəli avtobuslar Aleksandre Qobronidze küçəsindən ("Axmeteli Teatrı" metrostansiyası ilə bitişik ərazi) dövlət məktəbi istiqamətində hərəkət edəcək;

Dövlət məktəbləri istiqamətində hərəkət edən 39, 177 və 191 nömrəli avtobuslar da Qobronidze küçəsindən (Axmeteli metrosuna bitişik ərazi) sərnişinlərə xidmət göstərəcək;

103 nömrəli avtobuslar "Samqori" metrostansiyasının yuxarı çıxışına bitişik ərazidən (Kaxeti şossesi) dövlət məktəbi istiqamətində hərəkət edəcək;

147 nömrəli avtobuslar “Didube” metrostansiyası ətrafındakı ərazidən (Anzor Abulaşvili küçəsi, keçmiş Nəqliyyat küçəsi) dövlət məktəbi istiqamətində hərəkət edəcək;

133 və 207 nömrəli dövlət məktəblərinə gəlincə, imtahan mərkəzləri “Ğrmağele” metrostansiyasının yaxınlığında yerləşir. Müvafiq olaraq, sərnişinlər təyinat yerinə çatmaq üçün mövcud nəqliyyat vasitələrindən istifadə edəcəklər.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google