Transfermarkt idarəetmə agentliyinin statistikasına əsasən, hazırda
Gürcüstan yığması 161,05 milyon avro dəyərində
dünyanın 247 milli komandası arasında 38-ci yerdədir və Türkiyə
istisna olmaqla bütün qonşu ölkələrlə müqayisədə lider
mövqedədir.
Türkiyə millisi isə 324,10 milyon avro ilə 18-ci yerdədir. Digər
qonşu ölkə Rusiya isə 142 milyon avro dəyərindədir və 40-cı
yerdədir. Ermənistan millisi dünya ölkələrinin milli komandaları
arasında
71-ci yerdədir. Hazırda onun bazar dəyəri 36,05 milyon
avrodur, Azərbaycan millisinə gəlincə, o, 14,20 milyon avro
dəyərində siyahıda 103-cü yerdədir.
“Business Press News” ən bahalı 10 milli komandanı təqdim edir:
- • İngiltərə - 1,52 milyard avro
- • Braziliya - 1,27 milyard avro
- • Fransa - 1,23 milyard avro
- • Portuqaliya - 1,05 milyard avro
- • İspaniya - 965,50 milyon avro
- • Almaniya - 831 milyon avro
- • Hollandiya - 815 milyon avro
- • Argentina - 805 milyon avro
- • İtaliya - 705 milyon avro
- • Belçika - 584 milyon avro
Xatırladırıq ki, qrup mərhələsinin üçüncü oyununda Gürcüstan Avropa
çempionatında Portuqaliya millisini 2:0 hesabı ilə məğlub edib. Bu
nəticə ilə Gürcüstan millisi 4 xal toplayıb və Avropa çempionatında
1/8 finala yüksəlib.
Matçın ilk qolunu matçın başlamasından sonra ikinci dəqiqədə Xviça
Kvaratsxelia, ikinci qolu isə ikinci hissədə Qiorqi Mikoutadze
vurub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415