2018-ci ilin 6 ayı ərzində doğulanların sayı ölənlərin sayından artıq olub
Gürcüstanda 2018-ci ilin yanvar-iyun ayı ərzində 24 312 uşaq doğulub. Bu müddət ərzində ölkədə 23 603 nəfər isə dünyasını dəyişib. 2018-ci ilin ilk yarısında təbii artım (Dünyaya gələnlərlə dünyasını dəyişənlər arasındakı fərq) 709 nəfər təşkil edib. Təbii artımın müsbət göstəriciləri üç bölgədə qeydə alınıb: Tbilisi (2109), Acarıstan (1041) və Kvemo Kartli (674). Məlumatı Gürcüstan Milli Statistika Xidməti
yayıb.

Quriya, İmereti, Kaxeti, Raça-Leçxumi və Kvemo Svaneti, Sameqrelo-Zemo Svaneti, Samsxe-Cavaxeti və Şida Kartli bölgələrində isə dünyasını dəyişənlərin sayı doğulanlardan artıq olub.



2018-ci ilin 6 ayı ərzində təbii artım Foto: Milli Statistika Xidməti.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
თეგები: Uşaq
FaceBook Twitter Google