Ninotsmindada göldə olan adanı mülkünə qeydiyyat etmək işinə görə bir şəxs məsuliyyətə cəlb olunub

Maliyyə Nazirliyinin İstintaq Xidmətinin bəyanatına görə, şəxs saxta sənədlərdən istifadə edərək Ninotsminda ərazisində yerləşən göllərdən birində olan 1807 kv.m sahəlik adanı öz mülkünə qeydiyyat edib.


Saxta rəsmi sənədin hazırlanması və dövlət əmlakını aldatmaqla mənimsəmək ittihamı ilə şəxs məsuliyyətə cəlb olunub. İstintaqın versiyasına görə ittiham olunan şəxs saxta kataadr çizgiləri düzəltdirib və saxta arayış hazırladıb ki, guya
onun mülkünə kənd təsərrüfatına aid olan torpaq sahəsi verilib.

İşlə bağlı Gürcüstan CM-nin 180-ci və 362-ci maddələri ilə istintaq işi gedir. Maddə cəza olaraq 4-dən 7 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

 

Mənbə: On

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google