Kobaxidze: “Gürcü Arzusu”nun heç bir lideri qarşılarına pul qoysan belə ona toxunmaz

Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze “Rustavi 2”nin canlı efirində bəyan edib ki, “Gürcü Arzusu”nun

hər bir lideri digər siyasi güclərdən dəyərləri ilə fərqlənir.

“Bilirsiniz niyə bütün işlərdə vicdanlıyıq? Çünki konkret dəyərlərə əsaslanırıq. Misal üçün Parlament adından deyə bilərəm ki, bizim Parlamentdəki komandamızın liderlərindən hər biri belə işləyir. Onların qarşısına pul qoysan, heç biri toxunmaz. Bizim dəyərlərimiz məhz budur və biz 9 il ərzində və ondan da əvvəllər Gürcüstanda mövcud olan kirli siyasi güclərdən məhz bununla fərqlənirik”, - deyə Kobaxidze bildirib.

Kobaxidze bir daha “Omeqa Qrup”un Bidzina İvanişvili və iqtidar komandasına qarşı ittihamlarını təkzib edib.

 

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google