“Aydındır ki, Partsxaladzeyə qarşı ittihamın irəli sürülməsi
ictimaiyyətdəki narazılıqlar və seçkilərin birinci turunda alınmış
nəticələrlə bağlıdır.
” Bu barədə “İnterpresnyus”a “Beynəlxalq şəffaflıq – Gürcüstan”
təşkilatının icraçı direktoru Eka Qiqauri deyib.
Onun dediyinə görə, konkret bu işlə bağlı istintaqın şəffaf
aparılması və istintaq orqanlarının törədildiyi ehtimal olunan
cinayətin düzgün təsnifatlandırılması çox mühümdür.
“Aydındır ki, Partsxaladzeyə qarşı ittihamın irəli
sürülməsi ictimaiyyətdəki narazılıqlar və seçkilərin birinci
turunda alınmış nəticələrlə bağlıdır. Düzdür, hələlik onun hansı
məsələ ilə bağlı dindirildiyini bilmirik, lakin qeyri rəsmi məlumat
yayılıb ki, dindirilmə Tordianın döyülməsi faktı ilə bağlı olub.
Konkret bu işlə bağlı istintaqın şəffaf aparılması və istintaq
orqanlarının törədildiyi ehtimal olunan cinayətin düzgün
təsnifatlandırılması çox mühümdür. Bu güman ki, hökumətə qarşı
cinayət törətmək, hökumət nümayəndəsinə qarşı onun vəzifə
səlahiyyətləri ilə bağlı zorakılıdır. Əgər istintaq bunun adi bir
mübahisə olduğunu sübut etməyə çalışarsa, bu ictimaiyyəti yanıltmaq
olar. Bundan əlavə, Partsxaladzenin iştirak etdiyi güman olunan
digər faktları da unutmamaq lazımdır ki, bu faktlarla bağlı
istintaq belə başlamayıb. Buna misal olaraq Levan Kipianinin
döyülməsi faktı, dövlət auditinin hesabatında qeyd olunmuş rüşvət
ehtimalı faktı və s.” – Qiqauri bildirib.
Sabiq baş prokuror Otar Partskhaladzeyə qarşı ittiham
irəli
sürülməsi ilə bağlı Baş Prokurorluq bu gün bəyanat verəcək. Rəsmi
olmayan məlumatlara görə, Partsxaladzeyə qarşı keçmiş baş auditor
Laşa Tordianın döyülməsi ilə bağlı ittiham irəli sürülüb.
Dövlət Audit Xidmətinin rəhbəri Laşa Tordiya və keçmiş baş prokuror
Otar Partsxaladze arasında insident keçən il 12 may tarixində
Tbilisidə, Şardeni küçəsində yerləşən “El Centro” klubunda baş
vermişdi. Laşa Tordiyanın dediyinə görə ona Otar Partsxaladze və
yanında olan bir neçə şəxs hücum etmişdi. Dövlət Audit Xidmətinin
rəhbəri baş vermiş hadisəni vəzifə səlahiyyətlərini yerinə
yetirməklə əlaqələndirirdi. Daha sonra hadisənin video görüntüləri
də yayıldı. Videoda Partsxaladzenin Tordianı necə vurduğu
görünürdü.
Laşa Tordianın dediyinə görə, Partsxaladzenin hərəkətlərinə Audit
Xidmətinin fəaliyyəti səbəb olub. Həmin vaxt Audit Xidməti
Partsxaladzeyə torpaq sahəsinin verilməsi məsələsini araşdırırmış.
Hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin döyməni nəzərdə
tutan 126-cı maddəsi ilə aparılır.