Yeni il tədbirləri keçirilməyən başqa yer tapa bilərlər - Kaladze Saralidze/Maçalikaşvili haqqında
“Qanun hamı üçün asan çıxış yoludur” – Malxaz Maçalikaşvili və Zaza Saralidzenin yeni il illuminasiyalarının montajı dövründə parlamentin ətraf ərazisini tərk etməzsə problem necə həll olunacaq sualına Tbilisinin meri Kaxa Kaladze belə cavab verib.
“Onlar (Saralidze və Maçalikaşvili) qanuna uyğun meriyaya müraciət etmişdilər və dekabrın sonuna qədər aksiyaları davam etdirmək istəyirdilər. Bunu aksiya və ya sözünü
demək imkanı adlandıra bilərik. Biz də qanuna əsasən onlara izah etdik və yazdıq ki, bu konkret yerdən istifadə etmək mümkün olmayacaq. Çünki paytaxt meriyası yeni il tədbirlərinə hazırlaşır və onların yeni il tədbirlərinin keçirilməyəcəyi başqa yer tapmaq imkanı var ki, mane olmayaq və onlara bu hüququ verək”
– bildirir Kaladze.

Zaza Saralidze bildirir ki, Tbilisinin meriyasından xəbərdarlıq alıb. Ona bildiriblər ki, aksiyanın yerini dəyişsin çünki meriya parlament qarşısında yeni il üçün şam ağacı bəzəməyə hazırlaşır.

Zaza Saralidze və Malxaz Maçalikaşvili üç aydır ki, uşaqlarının öldürülməsi işinin istintaqı tələbi ilə parlament qarşısında aksiyalar keçirirlər. Etirazlarını dayandırmağı və meriyanın tələbini yerinə yetirməyi planlaşdırmırlar.

9 noyabrda Saralidzenin dediyinə görə, bir noyabrda Tbilisi meriyasına aksiyanın 31 dekabra qədər davam etdirilməsi icazəsi üçün müraciət edib. Onun dediyinə görə, cavab olaraq mesaj alıb ki, yeni il hazırlıqlarına görə, aksiyanın yerini dəyişməlidirlər “ona görə ki, orada şam ağacı qurmağı planlaşdırırlar”.

“(Bu məktubla) birbaşa bizə dedi ki, bu gün hakimiyyət harada istəyirsiniz orada olun, biz sizin tələbinizə dair heç bir addım atmayacağıq. Bizim uşaqlarımızın qatillərini məsuliyyətə cəlb etməyəcəklər və ümumiyyətlə heç nəyi araşdırmağa hazırlaşmırlar. Bu məktubda birbaşa bu yazılıb” - deyir Saralidze.

“Buradan heç yerə addım da atmayacam” – deyir Maçalikaşvili.

Saralidze-Maçalikaşviliyə bu günə qədər parlament qarşısında çadır qurmaq hüququ vermirlər.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google