"Qirçinin" aksiyasında nümayişçilər şalvarlarını aşağı çəkərək Rusiyaya arxalarını çeviriblər
21:29 / 10.11.2018
"Qirçi"nin işğala qarşı keçirilən
aksiyasında nümayişçilər şalvarlarını aşağı çəkərə Rusiyaya
arxalarını çeviriblər.
10 noyabrda siyasi partiya "Qirçi" Cənubi Osetiyanın de fakto
respublikasının və Gürcüstan tərəfindən kontrol edilən ərazilərin
sərhəd xəttində etiraz, işğala qarşı aksiya keçirib.
Atots kəndində aksiya gedən zaman bir neçə aktivist eyni vaxtda
şalvarını aşağı çəkib və Rusiyaya arxasını çevirib.
Qirçinin liderləri, üzvləri və dəstəkçiləri Atots kəndində saat
14:00-da toplaşıblar.
Onlara "Rusiya işğalçıdır" adlı hərəkat da qoşulub. Aksiya Kareli
bələdiyyəsinin Atots kəndində 1 km-lik sahədə de fakto sərhədin
çəkilməsi işlərinin başlaması ilə əlaqədardır.
Aksiyanın məqsədi partiyaya əsasən hakimiyyəti Gürcüstanın müdafiə
büdcəsini növbəti 5 il ərzində iki qat artırmağa çağırmaq idi.
"Dövlətin ən əsas funksiyası məhz əmlak hüququnun
qorunmasıdır. Həmçinin, yad ölkənin aqresiyasından qorumaq da
buraya daxildir" - yazırdı Qirçi.
"Aydındır ki, qarşı tərəf bizdən çox böyük və güclüdür,
ancaq həqiqət və əhval ruhiyyə bizim tərəfimizdədir"
- deyirlər partiyadan.