Evdar xanımlar üçün faydalı məsləhətlər
Hər bir qadın mətbəxdə qüsursuz olmağı arzulayır. Bunun üçün xırda qaydalara əməl etmək kifayətdir.
Qadınlara maraqlı olacaq 4 əsas faydalı məsləhəti təqdim edirik.


Elektrik və qaz sobası

Mətbəxdə ən tez yağlanılan və təmizliyinə diqqət edilməsi lazım olan hissə elektrik və qaz sobalarıdır. Elektrik və qaz sobalarında bakteriya və qoxunu önləmək üçün yağ həll edici məhsullar və krem təmizləyicilər istifadə edilib, hər istifadə sonrası bir mətbəx süngərinin köməyi ilə təmizlənməlidir. Soba nimçələrini isti su və yağ həll edicilərlə bir müddət gözlətdikdən sonra yumaq sürətli nəticə əldə etmənizi təmin edəcək.



Mətbəx şkafları
Mətbəxin ümumi təmizliyini laqeyd yanaşmazkən şkaf içlərini də unutmamalıyıq. Müəyyən periodlarla təmizliyin təkrarlanması lazımdır. Bunun üçün də mövsüm keçişləri gözlənilə bilər və ən az ildə 4 dəfə bu təmizliyin edilməsi lazımdır. Daha sıx edilən təmizlik mətbəxinizdəki gigiyena mühitinin uzun və davamlı olması üçün faydalı olacaq. Şkafları təmizləyərkən üzərində ləkələrin qalmasını istəmirsinisə və şkafınız taxtadandırsa belə halda taxtalar üçün xüsusi təmizləyici seçimi edə bilərsiniz.



Soyuducu təmizliyi

Soyuducu təmizliyi də mətbəx təmizliyinin ən əhəmiyyətli parçalarından biridir. Kimsə qoxuların qarışdığı bir soyuducuya sahib olmaq istəməz. Soyuducudakı məhsullar mütləq bağlı olmalı, açıq məhsulların da saxlama qabları olmalıdır. Məhsulları paketlər və qapaqlarla mühafizə edilməsinə diqqət edilməlidir. Nizamlı olaraq yüngül nəmli bir süngər və ya bez köməyiylə soyuducunuzu təmizləyin. Soyuducunun içi olduğu kimi xaricini də təmizləmək üçün ayrı bir süngərdən istifadə edə bilərsiniz.



Qızartmaları təmizləyərkən
Soba qızartmalarını, xüsusilə də ət bişirdikdən sonra təmizləməkdə çətinlik çəkə bilərsiniz. Üzərində tez quruyub qalan ləkələr nə qədər isti su altında saxlarsanız yanmış ləkə çıxmaya bilər. Bu vəziyyətdə ovma süngəriylə qızartmanı yaxşıca ovmaq lazımdır. Ləkənin qalmadığını görəcəksiniz.


Print ელ. ფოსტა
FaceBook Twitter Google