Deməmişik ki, məhz biometrik İD kartlar çap olunur - Qiqauri

“Beynəlxalq Şəffaflıq- Gürcüstan”ın icraçı direktoru Eka Qiqaurinin izahatına görə, QHT-lər seçkiqabağı məhz biometrik şəxsiyyət vəsiqələrinin çap olunmasını bildirməyiblər,

köhnə şəxsiyyət vəsiqələrini çap edən aparatlar isə regionlarda qalıb.

Bu haqda Qiqauri Netgazetiyə Servislərin İnkişafı Agentliyinin rəhbəri Soso Qiorqadzeyə cavab olaraq bildirib. Onun sözlərinə görə, biometrik sənədlər həmçinin, şəxsiyyət vəsiqələri Gürcüstan miqyasında 3 yerdə nəşr olunur: Tbilisi, Kutaisi və Batumidə. Qiorqadzenin sözlərinə görə, bu siyahıda QHT-in dediyi Dzalencixa və Qardabani yoxdur.

“Biz bilmirik nə də dəqiqləşdirməmişik ki, köhnə şəxsiyyət vəsiqələri çap olunur yoxsa təzə. Bunu prokurorluq müəyyən etməlidir, biz itintaq orqanı deyilik. Bildiyimə görə köhnə şəxsiyyət vəsiqələrini çap edən aparatlar regionlarda var” – bildirib Eka Qiqauri Netgazetiyə.

Regionlarda köhnə laminatlanmış şəxsiyyət vəsiqələrini çap edən maşınların olması haqqında jurnalistlər servislərin inkişaf agentliyinin sədri Soso Qiorqadzeyə sual veriblər.

Dzaıencixa və Qardabanidə cihazların olub olmaması sualına Qiorqadze cavab verməyib, ancaq deyib ki, son 5 il ərzində belə sənədlər ölkə miqyasında tək hallarda çap olunur, son aylar ərzində isə ümumiyyətlə çap olunmayıb:

“Əminliklə deyə bilərəm ki, bu gün, 20 noyabrda son 5 il ərzində ümumiyyətlə 2012-ci ildən bu yana biometrik olmayan sənədlərin çap olunması nəinki Dzalencixa və Qardabanidə ola bilər, bütün ölkə miqyasında yalnız bir hal ola bilər və son aylar ərzində isə ümumiyyətlə çap olunmayıb- bu birbaşa buna cavabdır”- deyir Soso Qiorqadze.

 

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google