25 noyabr üçün ulduz falı
Qoç - peşəkar fəaliyyət üçün işgüzar yazışma və danışıqların böyük əhəmiyyəti var. İnformasiya mübadiləsini unutmayın. Səfər, danışıqlar, sənədlərlə iş üçün günün ilk yarısı əlverişlidir.

Buğa - yaxın ətrafınızdakı insanlarla dil tapmağa çalışın. Sağlam məntiq yardımçınız olsun. Bu minvalla bir sıra problemləri həll edə bilərsiniz. Məqsədə çatmaq üçün trivial olmayan yollardan istifadə edin.

Əkizlər - köç vəy va mənzillə bağlı məsələlərin həlli üçün əlverişli zaman deyil. Dövlət qurumlarına, hakimiyyət strukturlarına müraciəti ertələyn. Maksimal dərəcədə diqqətli olun. Birgə layihənin həyata keçirilməsində maraqlarınızı ani hisslərə qurban verməyin.

Xərçəng - işlərə ciddi yanaşın. Emosiyalarınıza nəzarət edin. İşdə rəhbərlik və həmkarlarla təmaslarda diqqətli olun. Yaxın ətrafınızdakı insanlar qarşısında sərt tələblər qoymayın. İradların sayını artırmağa dəyməz.

Şir - bacarıq və təcrübənizi artırmaq üçün yaxşı zamandır. Təhsil alırsınızsa, biliklərin yeni sahəsinə maraq oyana bilər. Nüfuzunuzu artırın. Statusunuzda dəyişikliklər olacaq. Yaxın ətrafınızdakı yeni simalardan birinə səlahiyyət və məsuliyyətlərinizin bir hissəsini həvalə edə bilərsiniz.

Qız - işləri nizama salın. Yaşam arealında təxirəsalınmaz tədbirlərə ehtiyac var. Adi günlərdən fərqli olaraq detallara və xırdalıqlara xüsusi fikir verin. Yaxın ətrafınızdakı insanların məsləhətinizə ehtiyacı var. Çətin problemlərin həllində irəliləyişlər ola bilər.

Tərəzi - ətrafınızdakı bəzi insanların ikili həyatı sizi çılğına döndərməsin. Maskaların yırtılmasına hələ çox var. Sonucda məxfi məlumatı əldə edə bilərsiniz. Bu, baş verməsə belə, zahirdə görünənlə müqayisədə batindəki məğz sizi daha çox narahat etməlidir.

Əqrəb - yaşam təcürbənizə güvənərək avantüralara qatılmayın. Velosiped ixtira etməyə dəyməz. Daha təcrübəli insanın məsləhətinə və ya başlamaq istədiyiniz işə bələd şəxsin dediklərinə qulaq asın. Belədə problemi daha asan və tez həll edə bilərsiniz.

Oxatan - problemi şəxsi görüşdə daha məhsuldar şəkildə həll etmək olar. Şablon qaydada çalışmayın. Yaxın ətrafınızdakı insanların hərəkətlərinin motivasiyasını anlamağa çalışın. Fərdi təmaslarda xeyir var.

Oğlaq - aktiv olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün sivil vasitələrin hamısından istifadə edin. Yeni predmeti araşdırmaq, danışıqlar aparmaq, səfərə yollanmaq üçün pis gün deyil.

Dolça - sizi tənqid edən insanın dedikləri peşə fəaliyyətinizə müsbət təsir edəcək nüanslara çevrilə bilər. Problemlərin müzakirəsindən çəkinməyin. Səhvləri tərəfdaş və ya şəriklə birlikdə təfərrüatlı formada nəzərdən keçirin.

Balıqlar - olaylarla bağlı şəxsi fikriniz ətrafınızdakı insanlar üçün maraqlı deyil. Başqasının fikirləri ilə ya razılaşmalı, ya da münaqişə situasiyası yaratmaq bahasına olsa da, mövqelərinizdən geri çəkilməməlisiniz.
Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google