Vaşadze 45%, Zurabişvili 55% - “Rustavi 2”nin eqzitpolunun nəticələri

“Rustavi2” teleşirkətinin sifarişi ilə keçirilmiş eqzitpolun nəticələrinə görə, 2018-ci il prezident seçkilərinin ikinci turunda Qriqol Vaşadze 45%, Zurabişvili isə 55% səs toplayıb.


“Rustavi 2”nin sifarişi ilə eqzitpolu Amerika araşdırma şirkəti “Edison Research” həyata keçirirdi. “Rustavi 2” 2010, 2012, 2017-ci illərdə keçirilən seçkiləri, həmçinin 2018-ci il prezident seçkilərinin birinci turunu da bu şirkətə sifariş etmişdi. 28 oktyabrda nəticələr
demək olar ki, MSK-nın yekun nəticələri ilə eyni olmuşdu.

“Rustavi 2”nin məlumatına görə, bu saat 5 üçün olan məlumatdır. Yekun nəticələr isə daha sonra açıqlanacaq. Əgər eqzitpolun nəticələri MSK-nın yekun nəticələri ilə uyğun gələrsə, bu Salome Zurabişvilinin prezident olması deməkdir.

 

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google