Rustaveli prospektində Birləşmiş Müxalifətin aksiyasına toplanmış
nümayişçilərinə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili
canlı bağlantı ilə müraciət edib.
Onun bəyanatına görə, müxalifət mübarizəsinə davam edəcək və o,
mütləq “tam qələbə”ilə başa çatacaq. Onun sözlərinə görə, bu
hakimiyyətin dəyişməsi və “həqiqi xalq demokratiyasının”
qayıtmasını nəzərdə tutur.
Saakaşvili dəstəkçilərinə eləcə də bildirib ki, lazım olan halda
“fiziki olaraq” xalqın yanına gələcək.
“...Bizim mübarizəmiz tam qələbə, Gürcüstanda
oliqarxlar hakimiyyətinin dəyişməsi və həqiqi xalq demokratiyasının
qaytarılması, gürcü xalqının idarəçi olması ilə başa çatacaq.
Bu mübarizədə əlbəttə, bərabərlər arasında bərabərik. Mən sizlərdən
biriyəm. Xüsusi olmaq tələbim yoxdur, amma istəyirəm biləsiniz ki:
Bu an sizə lazım gələrəmsə və çağırsanız bu dəqiqə fiziki olaraq
sizin yanınıza gələrəm. Bizim liderlərimizin, gənclərimizin yanına
gələrəm, çünki hər birimiz bu qələbəyə bir kərpic
qoymalıyıq” - deyib o.
Ona qədər isə çıxı edən zaman Birləşmiş Müxalifətin indi artıq
keçmiş prezidentlik namizədi Qriqol Vaşadze də qeyd edib ki,
müxalifət seçkilərin nəticələrinin batil hesab olunması tələbi ilə
məhkəməyə müraciət edəcək. O, hakimiyyətə “siyasi böhrandan şıxmaq
üçün”işçi qrupu yaratmaq təklif edib və 16 dekabra kimi vaxt
verib.
Müxalifət gün qrafikində erkən parlament seçkilərinin tələbi və
eləcə də seçki qanunvericiliyini dəyişmək məsələsini saxlayır.