14 dekabr üçün ulduz falı
Qoç - günün ilk yarısında səs-küy və yaxın ətrafınızdakı insanların nevroz davranışları sizi qıcıqlandıracaq. Belə əsəbi vəziyyətdən qaçıb qurtulmaq istəyəcəksiniz. Daşınmaz əmlakla bağlı əməliyyatları planlaşdırmayın, həyata keçirməyə cəhd göstərməyin.

Buğa - səhər saatlarında işgüzar aktivliyiniz yüksək səviyyədə olsun. Fiziki və ya emosional diskomfort hiss edə bilərsiniz. İşdə rəhbərliklə görüşmək, danışıqlar və müzakirələr aparmaq olar. Anlaşmanın şərtlərini nəzərdən keçirəndə diqqətli olun.

Əkizlər - səhər saatlarındakı müşküllər və çətinliklər sizi təbdən çıxarmasın. Bədbinliyə qapılmayın. Situasiya az sonra dəyişəcək.
Gecikmələr, təxirəsalmalar olacaq. Uğursuzluqlar və ya imtinalara görə özünüzü suçlamayın. İş ondadır ki, situsiya sizin üçün məqbul, əlverişli deyil.

Xərçəng - səhər saatlarından etibarən işlərin görülməsində və yerinə yetirilməsində problemlər yarana bilər. Sizin üçün prinsipial məsələlərdə kiməsə nəyisə sübut etməyə çalışmayın. Fikirlərinizi yaxşı tanımadığınız insanlara açıqlamayın. Günün ikinci yarısında bir sıra məsələlər aktuallığını itirəcək. Əhvalınız və münasibətləriniz korlana bilər.

Şir - günün ilk yarısında uzunmüddətli səfərə çıxmayın. Yaxşı bələd olduğunuz marşrutlarla hərəkət edin.
Alış-verişdə çox pul xərcləməyin. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Bacarıq və intellektinizi nümayiş etdirin.

Qız - əhvalınızdakı dəyişikliklər, emosionallıq işinizdə çətinliklər yaradacaq. Əlavə məsuliyyət və öhdəliklər olacaq. Planlarda dəyişikliklər, yaşamda yeniliklər istisna deyil.
Səbrli olun, əlverişli anı gözləyin. Günün ikinci yarısında situasiyanın kəskinləşməsi sizi aqressiv davranmağa, düşünülməmiş addımlar atmağa vadar etməsin. Qayğıkeş olun, ailə üzvlərinin problemlərini həll edin.

Tərəzi - səhər saatlarından etibarən birmənalı olmayan situasiya formalaşacaq. Başa vurduğunuz və ya yaxşı yerinə yetirdiyinizi düşündüyünüz işdə əhəmiyyətli səhv aşkarlana bilər. Mövqeyinizi tərəfdaş və həmkarların nəzərinə çatdırın.

Əqrəb - günün ilk yarısında yolda və sükan arxasında çox ehtiyatlı davranın. Cəzalana, cərimələnə bilərsiniz. Yaxın ətrafınızdakı insanlar bilikləriniz və bacarıqlarınızı yetərincə dəyərləndirmirlər. Təəssüf, pərişanlıq hissi yarana bilər. Günün ikinci yarısında situasiyada dəyişikliklər başlanacaq. Başladığınız işi uğurla başa vurmaq, əlavə gəlir mənbəyi əldə etmək imkanları var.

Oxatan - işlər planlar çərçivəsindən kənara çıxırsa, qıcıqlanmayın. Yol verdiyiniz səhvlərin səbəblərini arayın. Situasiyanı obyektiv dəyərləndirin. Saatlar keçdikcə enerjiniz artacaq. Məqsədə doğru qətiyyətlə irəliləyin. Mənasız məsləhətlərə, boş sözlərə qulaq asmayın.

Oğlaq - yeni anlaşma və sövdələşməyə nail olmaq istəyirsinizsə, bir qədər gözləyin. Sənədləri yeniləməyə tələsməyin. Çünki az sonra vəziyyət dəyişəcək və bir sıra məsələlər aktuallığını itirəcək. Günün ikinci yarısında riskli qərarlar qəbul etmək olar. Enerjiniz az deyil. Amma hansısa addımı atmazdan əvvəl yaxşıca düşünüb-daşının.

Dolça - bəzi hallarda məqsədə çatmaq üçün nəyisə qurban vermək gərəkdir. Problemlərə həddən artıq fikir verməyin. Bununla yanaşı, mövqelərinizdən geri çəkilməyin. Ətrafınızdakı insanlar sizi iradəsiz altruist kimi tanımamalıdır.

Balıqlar - uğursuzluqlar sizi bədbinləşdirməsin. Baş verənlərlə yalnız neqativ məqamları görməyin. Pozitiv olun, çətinliklərə sinə gərin. Süstlük və ətalət, astagəllik yaşam tonusunuzun səviyyəsini aşağı sala bilər.

Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google