Koba Xabazi etiraz əlaməti olaraq mərkəzi yola uzanıb
Birləşmiş Müxalifətin liderlərindən biri Koba Xabazi polisin onlara Telaviyə daxil olmağa yol verməməsinə görə, etiraz əlaməti olaraq mərkəzi yola uzanıb.

“Mənim tariximdə bu təkrar olundu. 8 apreldə birinci qrup sifarişli nəqliyyatın qarşısında durduq və o zaman rus əsgərini dayandırdıq. Təəssüf ki, ikinci gün tanklarla gəldilər və dayandıra bilmədik. Təəssüf ki, mənim həyatımda bu ikinci dəfə təkrar olunur. Sadəcə təəssüf edicidir ki, xəyanətkar, Gürücstanın düşməni Salome Zurabişvilinin təqdimatına görə gürcü polisi bunu edir – yolumuzu bağlayırlar, çalışırlar ki, bizə mane olsunlar və dağıtsınlar. Bu utandırıcı hakimiyyətdir” - deyib Koba Xabazi jurnalistlərə. Onun müsahibəsini “Pirveli” telekanalı yayımlayır.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google