18 dekabr üçün ulduz falı
Qoç - günün ilk yarısında məişət problemləri ön plana çıxacaq. Xırdalıqlar, ilk baxışdan mənasız təsir bağışlayan işlər ciddi fəaliyyət tələb edir. Aktiv olmasanız, itirilmiş vaxta sonradan heyfislənəcəksiniz.

Buğa - intellektual fəaliyyət, kollektiv layihə üçün yaxşı zamandır. Ünsiyyətə meylli olun. Səmimi olun, yenilikləri əxz etməyə başlayın. Problemlərin həllinə yaradıcı yanaşın. Peşəkar olmağa çalışın. Belədə imkanlarınızı daha yaxşı anlayacaqsınız.

Əkizlər - ən adi işləri görərkən düşünülməmiş qərarlara yol verməyin. Tələskənlik və impulsivlik böyük fəsadlar yarada bilər. Ətrafınızda komfort ortam yaradın, yanınızdakı insanların dəstəyini qazanın. Çətin situasiyaya düşəndə nəzakətli olun, diplomatcasına davarnın.

Xərçəng - günün ilk yarısından problemləri həll etməyə başlayın. Süst və tənbəl davranmayın. İradəli olsanız, yaxşı nəticələr əldə edəcəksiniz. Sizi xoş anlar gözləyir. Nikbin olun, ən kiçik problemlər sizi bədbinliyə sürükləməsin.

Şir - işgüzar aktivliyin səviyyəsinin aşağı düşməsi süstlük və ya tənbəllik üçün səbəb ola bilməz. Çoxdan bəri planlaşdırdığınız, nəzərdə tutduğunuz işləri tamamlayın.
Alış-veriş uğurlu ola bilər. Günün ikinci yarısında bədxərclik etməyin. Maliyyə vəsaitinizə nəzarət edin.

Qız - zövqlü olun. Başladığınız işləri yarımçıq qoymayın. Biliklərinizdən yararlanaraq yeni təcrübə əldə etməyə çalışın. Xarici görünüşünüzün qeydinə qalın.
Günün ikinci yarısında emosiyalarınıza hakim olun. Ailə üzvlərinə xoş münasibətinizi göstərin. İşlərinizə ara verməyin, aramla olsa da, irəliləməyə çalışın.

Tərəzi - bilik və bacarıqlarınızı nümayiş etdirin. Ən çətin anda mürəkkəb situasiyadan çıxış yolu aramaq gərəklir. Laübəli davranmayıb şübhələrə qapılmayın. Sürəkli tərəddüdlər içində olmasanız, başqasının kölgəsində gizlənməyə çalışmasanız, uğurlara nail olacaqsınız.

Əqrəb - aqressiv olmayın, sizə dəyər verən insanların təkliflərini dinləmədən rədd etməyin. Problemləri anlamla, səmimi müzakirə vasitəsi ilə də həll etmək mümkündür. İnadkarlıq və qətiyyət tələb edən işlər o qədər də çox deyil. Çevik olun, mütəhərrik davranın.

Oxatan - narahatlıq, naqolaylıq hissi yaranacaq. Özünüzü pis hiss edə bilərsiniz. Situasiyadan çıxış yolu var. Sizə yardım üçün müraciət edən insanlara kömək edin.
Özünüzü rahat hiss etmək üçün gərgin fəaliyyətə ehtiyac var.

Oğlaq - qeyri-adi proseslərə, orijinal nəsnələrə maraq artacaq. Azadlıq və sərbəstlik istəyi yaranacaq. İşləriniz uğurludur. Peşəkar fəaliyyətiniz sakit, rahatdır.
Yeni tanışlıqlar istisna deyil. Tərəfdaşlarla gərəkli informasiyanı paylaşın. Günün ikinci yarısında uzaqdan gəlmiş insanlarla təmaslar qurun.

Dolça - günün ilk yarısında fəaliyyətinizdə ciddi maneələr olmayacaq. İşlərin ən xırda təfərrüatlarını və detallarını öyrənin. Sənədlərə və anlaşmalara diqqətlə yanaşın, şərtləri səhihləşdirin. Problemlərin həlli üçün praktik, təmkinli davranış tələb olunur.

Balıqlar - mübahisələrdə arqumentləri asanlıqla tapa bilərsiniz. Ən uzunmüddətli və ağır qarşıdurmanın nizamlanması üçün dinc yollar mövcuddur. İşdə rəhbərlik, kommersiya fəaliyyətində isə tərəfdaşlarla danışıqlar aparmaq olar.
Print ელ. ფოსტა
თეგები: Marneuli Marneulifm Ulduz fali
FaceBook Twitter Google