Alimlər “poxmel”ə qarşı ən yaxşı vasitəni müəyyən etdilər
Çinin Sun Yatsen Universitetinin alimləri "poxmel"lə ən effektli mübarizə aparan içkini müəyyən ediblər.
Mütəxəssislərin araşdırmalarına görə, limon şirəsi ilə qazlı su digər vasitələrlə müqayisədə "poxmel"in əlamətlərini daha yaxşı aradan qaldırır.

Bu içkilərin qarışığı orqanizmdə alkoqolun parçalanmasına və xaric edilməsinə cavabdeh olan fermentləri aktivləşdirir.

Qazlı su ilə limon asetaldehidin konsentrasiyasını azaltmağa kömək edir. Bu maddənin miqdarı orqanizmdə spirtli içki qəbul etdikdən sonra artır və insanın özünü yaxşı hiss etməsinə mənfi təsir göstərir.

Alimlər qeyd ediblər ki, "poxmel" sindromunun yaranmasına səbəb təkcə qəbul edilən alkoqolun miqdarı deyil, onun orqanizm tərəfindən gec "sovurulmasıdır".


Print ელ. ფოსტა
FaceBook Twitter Google