Alimlər: Musiqi insanı sakitləşdirir və depressiyadan xilas edir
Britaniyalı alimlər müəyyən ediblər ki, digər
sahələrdə çalışan insanlarla müqayisədə, musiqi ilə bu və ya digər
şəkildə əlaqəli olan kollektivlərdə çalışan insanların 96 faizi
özlərini daha xoşbəxt və sakit hiss edir.
Lester Universitetinin araşdırmaçıları müəyyən ediblər ki, iş
yerində musiqiyə qulaq asmaq və nəğmə söyləmək insanların özlərini
daha az təcrid olunmuş hiss etməsinə və kollektivdəki gərginliyi
azaltmağa kömək edir.
Alimlər qeyd edirlər ki, müxtəlif musiqi improvizasiyaları ilə
məşğul olan əməkdaşların mütəmadi olaraq mükafatlandırılması işin
məhsuldarlığının yüksəldilməsinə və kadr itkisinin azalmasına imkan
verəcək.
Alimlər qeyd edirlər ki, yüksək sosiallaşma bir çox ofis işçisini
psixoloqa müraciət etməkdən xilas etməyə və ağır depressiya
formalarının yaranma riskini azaltmağa imkan verir.