Baş nazir 17 yanvarı matəm günü olaraq elan edib
Gürcüstanın baş nazirinin qərarı ilə Tbilisidə təbii qazın sızması nəticəsində baş vermiş faciəyə görə 17 yanvar matəm günü elan edilib. Müvafiq sərəncamı hökumət başçısı bir az əvvəl imzalayıb.

Sərəncama əsasən matəm günü ilə bağlı Gürcüstan ərazisində bütün dövlət binalarında və xaricdə yerləşən Gürcüstanın diplomatik nümayəndəliklərində dövlət bayraqları endiriləcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google