"Geocell" və "Magti" abonentlərinin tarifləri bahalaşacaq
“Geocell” və “Magti” abonentlərinin tarifləri bahalaşır. Hər iki şirkətin öz tarifi və indiyə qədər olduğu tarifdən baha olacaq. “Geocell”-i keçən il alan “Silknet” şirkətinin məlumatına görə yeni, bahalaşmış tarif 1 martdan qüvvəyə minəcək.

“1 martdan şirkət tarifdə dəyişikliklər planlaşdırır. Yeni qiymət siyasətinin nəticəsində telefon və eləcə də mobil şəbəkə abonentləri daha yaxşı paket və artmış həcmdə mobil internet əldə edəcəklər” – qeyd olunub “Silknet”in bəyanatında.

1 martdan “yeni paket S” 5 lari əvəzinə 7 lari olacaq; “Yeni paket Meti M” 15 lari olacaq, indi isə 10 laridir; “Yeni paket Meti limitsiz” isə martdan – 30 lari olacaq, indi isə paketin qiyməti 25 laridir.

“Magti” şirkətinin bəyanatına görə 18 fevraldan istifadəçilər “Martivi 25”-in əvəzinə, yenilənmiş “Martivi” alacaqlar. Qeyd olunan paket indikindən fərqli olaraq 5 lari baha, 30 lari olacaq. Bahalaşmış paket “Martivi”nin çərçivəsində vətəndaşlar artmış mobil internet alacaqlar və 1000 mb-əvəzinə 1500 mb olacaq.

Qeyd etmək lazımdır ki, hər iki şirkətin bəyanatında qeyd olunub ki, mobil internet standartlarının tarifi 70 tetridən 10 tetriyə qədər azalacaq.

Beləliklə, şirkətlər mobil nömrə xidmətinə qayda qoyurlar. “Geocell”də bu ayda 20 tetri, “Magtidə” isə abonentlər üçün 180 günə - 1 lari olacaq. Nömrənin xidmət dəyəri çərçivəsində, hesabınızda müsbət balans olan halda sizin nömrəniz daim aktiv olacaq, nömrə ləğv olunmayacaq və xidmətdən məhdudlaşmadan istifadə edəcəksiniz.

Print ელ. ფოსტა
FaceBook Twitter Google