Əliyev və başqa rəsmilərlə görüş – Gürcüstan nümayəndə heyəti Davosda
Gürcüstanın baş naziri Mamuka Baxtadze Davos İqtisadi Forumu çərçivəsində siyasətçilər, şirkət və korporasiya rəhbərləri ilə görüşür. Tərəflər Gürcüstanın iqtisadi potensialı və gələcək əməkdaşlığı müzakirə edirlər.

Belə görüşlərdən biri Azərbaycan prezidenti İlham Əliyevlə baş tutub. Görüşdə xarici işlər naziri Davit Zalkaliani də iştirak edib. Baş nazirin mətbuat xidmətinin məlumatına görə, Mamuka Baxtadze Əliyevlə iki ölkə arasındakı strateji əməkdaşlıq və ortaq nəqliyyat və infrastruktur layihələrini müzakirə ediblər. Görüşdə transatlantik boru kəməri, həmçinin, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi haqqında söhbət açılıb və bu baxımdan Gürcüstan və Azərbaycanın tranzit potensialı müzakirə olunub.

“Ticarət dövriyyəsinin daha da artırılması perspektivləri və Gürcüstan və Azərbaycan biznesləri arasında əlaqələrin daha da fəallaşdırılmasına diqqət yönəldildi”, – hökumət administrasiyasından bildirilir.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google