24 yanvar üçün ulduz falı
24 Yanvar
2019-cu illə olan bürclər. Bu gün bürclər nələr vəd
edir.
Qoç - ehtiyatlı və sayıq olun. Mühüm, maraqlı,
əhəmiyyətli hadisələr baş verə bilər. Heç nəyi diqqətdən
qaçırmayın. Gördüklərinizi təhlil edin. Faktları normal müqayisə
edə bilsəniz, bədxahlarınızı geridə qoymağınıza imkan verəcək
addımlar ata bilərsiniz. Günün ikinci yarısında səhv etmək çox
asandır. Şəxsi münasibətlərdə ciddi problemlər yarana bilər. Dəyər
verdiyiniz təmaslar sonuclana bilər. Maliyyə durumu stabilliyi ilə
fərqlənmir. Tələsik qərarlar qəbul etməyin.
Buğa - qələbələr və nailiyyətlər əldə etmək
çətindir. Fəqət yaxşı çalışıb səy göstərsəniz, irəliləyəcəksiniz.
Əməyinizin müqabilində ödəniş pis olmayacaq. Taleyə şikayətlənməyə
dəyməz. İşlərinizdə aktiv və enerjili olun. Günün ikinci yarısında
sizi maraqlı tanışlıq gözləyir. Mövqe və baxışlarınızı gizləmək
istəməyərək yaxın ətrafınızdakı insanlara onların eşitmək
istəmədikləri sözləri deyirsiniz. Düz söz danışanı kimsə
sevmədiyindən bir qələr ehtiyatlı olun. Rəğbət bəslədiyiniz
insanlarla əlaqələri sərinlətməyin.
Əkizlər - zəruri ehtiyac olmadan risk etiməyin,
tələsik addımlar atmayın. Yaxın ətrafınızdakı insanların sizdən
kəskin şəkildə narazı qalmalarına imkan verməyin. Sizi intriqalara
cəlb etməyə, təxribatlara çəkməyə çalışırlar. Yaxşı tanımadığınız
insanların boş vədlərinə uymayın. Bədxahlarla düşmənlərin sayını
artırmayın. İşgüzar ünsiyyət baxımından çox çətin gündür. Şəxsi
münasibətlərdəki çətinliklərin sayını artırmayın. Yaxınlarınız sizi
sevir, dəyər verirlər. Rasionunuza fikir verin. Tamahkarlıq
etməyin. Fiziki işi azaldın.
Xərçəng - çətinliklərə və anlaşılmazlıqlara rəğmən
konstruktiv çalışın. Son həftələr ərzində sizi narahat edən
problemləri həll etmək imkanlarınız var. Bunun üçün qeyri-standart
addımlar atmaq gərəkdir. Şablon təfəkkür zərərlidir. Birgə
layihələrə qatılın, əməkdaşlıq təmaslarında fəal olun.
Probleminizlə bağlı dövlət qurumlarına baş çəkə bilərsiniz. Axşam
saatları bilik və bacarıqların artırılması, yaradıcılıq üçün
əlverişlidir.
Şir - həyatınızı daha yaxşı işlərə yönəldə
biləcəyiniz inad və qətiyyətlə korlamayın. Etiraf etmək istəməsəniz
də, bu gün yaşanan münaqşələrin tam əksəriyyətinin səbəbkarı
sizsiniz. Yaxınlarınızı mənasız iradlar və yersiz hərəkətlərlə
qıcıqlandırmayın. Dəvət aldığınız tədbirə yollanmayın. Amma o
tədbirə getməkdə qərarlısınızsa, diqqət mərkəzində olmamağa
çalışın. Alış-veriş məsləhət deyil.
Qız - maliyyə baxımından əlverişli gün deyil.
Xərclər və məsrəflər çoxdur. Sərmayə kimi yatırdığınız pulların
yaxın zamanda "qayıdış" ehtimalı azdır. Alış-veriş üçün münasib gün
deyil. Bu gün alacağınız əşyalar gözləntilərinizi doğrultmayacaq.
Yaşam potensialı səviyyəsi aşağıdır. Adi günlərdən fərqli olaraq
daha çox yorulursunuz. Hətta ən sadə və rutin işlər sizə mürəkkəb,
yorucu təsir bağışlayır. Dostlarla görüşlər, qonaq qəbul etmək üçün
əlverişli gündür. Yaxınlarınızın yanında özünüzü rahat hiss edəcək,
bir çox problemləri unudacaqsınız. Kiçik səfər və ya səyahət üçün
əlverişli zamandır. Lakin sükan arxasında olmayın. Axşam saatları
ailəvi istirahət üçün münasibdir.
Tərəzi - rəğbət bəslədiyiniz insanlara yardım
edin, onlarla birlikdə işləməyə çalışın. Yaxın ətrafınızdakı
insanlar sizinlə maraqlanırlar. Gün xoş görüşlər, ilginc
tanışlıqlar, yeni layihələr vəd edir. Yeni və ciddi romantik
münasibətlərin əsasını qoya bilər. Dəyişikliklər yaşamınızda önəmli
rol oynaya bilər. Maliyyə baxımından əlverişli gündür. Gəlir,
uğurlu investisiya, sərfəli alış-veriş istisna deyil. Nüfuzlu
insanlarla təmaslar və danışıqlar üçün əlverişli zamandır. Hami,
investor tapa bilərsiniz.
Əqrəb - ilk baxışdan göründüyünün tam tərsinə
olaraq irəliləyiş və uğur çətin deyil. Başlayacağınız işlərin
bəzilərini tanıdığınz insanlar görə bilmirlər. Özünüzə əmin,
qətiyyətli olun ki, ətrafınızdakı insanlar da sizdən ibrət
alsınlar. Köç və ya iş yerini dəyişmək üçün pis gün deyil. Yeni
tərəfdaşlarla əməkdaşlıq başlana bilər. Onlar uzun çək-çevir
olmadan sizə kart-blanş verəcəklər və nəticədə mühüm qərarları
təkbaşına qəbul edə biləcəksiniz. Kommersiya layihəsi gəlir vəd
edir.
Oxatan - müsbət təmayüllərin təsiri güclənir. Gün
uğurludur. İşgüzar aktivlik səviyyəsi yüksəkdir və bu, sizə
rəqiblərinizlə müqayisədə daha yaxşı mövqelər əldə etməyə imkan
verin. Biznesin genişləndirilməsi, iri sövdələşmə və anlaşmalar
üçün əlverişli gündür. Genişmiqyaslı layihə çərçivəsində işə
başlamaq olar. Bir şərtlə ki, uzun müddət ərzində bütün vaxtınızı
bu işə həsr etməyə hazır olasınız. Şəxsi münasibətlərdə təşəbbüskar
olun. Yaxınlarınızı işlərinizə cəlb etməkdən çəkinməyin.
Ehtiyacınız olan yardımı alacaqsınız. Qısamüddətli səfərlər pozitiv
emosiyalar bəxş edəcək.
Oğlaq - gün sürprizlərlə doludur. Onların hamısı
xoş deyil. Hər şeyə rəğmən pozitiv əhval-ruhiyyə problemləri
çözməyə və sədləri dəf etməyə, qarşınızda yaranan imkanlardan tam
yararlanmağa şərait yaradır. Bahalı və xoş hədiyyələr istisna
deyil. Şəxsi həyatınızdakı dəyişikliklər ciddi səciyyəli ola bilər.
Bir sıra məqamlar istəklərinizdən asılıdır. Səfərdə, yolda
ehtiyatlı olun. Hər hansı formada riskə yol verməyin. Axşam
saatlarını evdə keçirin.
Dolça - gərgin, hadisələrlə zəngin və yorucu
gündür. Ruhdan düşməyin, irəliləyin. Nə üçün çalışdığınızı anlayın.
Qarşınıza qoyduğunuz məqsəd ciddi və konkret olmalıdır.
Qohumlarınız işlərinizə qarışmağa çalışacaqlar. Münaqişəyə yol
verməmək üçün onlara başa salın ki, işlərin çəmini anlayırsınız. Bu
və digər situasiyada necə davranmaqla bağlı məsləhət gözləməyin.
Mühüm məsələləri həll etmək olar. Köç və ya iş yerinin
dəyişdirilməsi ilə bağlı düşünmək olar. Tələsik addım atmayın,
sağlam məntiqlə davranın. Belə olarsa, yanlışlıq və səhv riski
azalacaq.
Balıqlar - istənilən işə başlamaq olar. Dostlar,
tərəfdaşlar və yaxınlar sizi dəstəkləməyə hazırdırlar. Çoxdan bəri
reallaşdırmaq istədiyiniz planı həyata keçirmək üçün münbit
şəraitdir. Aktiv olun, süstlük etməyin. Çətin situasiyalarda bel
bağlamağa adət etdiyiniz insanın dəstəyini itirə bilərsiniz.
Yaxınlarınızla münasibətlər birmənalı deyil. Bəzi məqamlar
açıqlanmır. Sirlərin çox olduğu şəraitdə qarşılıqlı anlaşma
çətinləşir. Bundan başqa, aldığınız informasiyaların əksəriyyəti
səhih deyil. Nəyin yanlış, nəyin dürüst olduğunu
dəqiqləşdirin.