Parlament çoxluğunun lideri bildirib ki, Qarabağ müharibəsi iştirakçısının büstünün qoyulması Gürcüstanın Azərbaycan və Ermənistanla olan dostluq münasibətlərini dəyişməyəcək
Parlament çoxluğunun lideri Arçil Talakvadze bildirib ki, Axalkalakinin Buğaşen kəndində Qarabağ müharibəsində iştirak etmiş Mixeil Avakyanın yenilənmiş büstünün qoyulması Gürcüstanın Azərbaycan və Ermənistanla olan dostluq münasibətlərini dəyişməyəcək.

Arçil Talakvadzenin bəyanatına görə, Mixeil Avakyanın yenilənmiş büstünün Axalkalakidə qoyulması ilə bağlı idarəçi komandada dünən olduqca aktiv müzakirə baş tutub.

“Bildiyiniz kimi bu bizim azərbaycanlı və erməni həmkarlarımız arasında müəyyən xoşagəlməzlik yaradan, olduqca sensitiv məsələdir. Amma bir daha demək istəyirəm ki, bu heykəl məsələsi Gürcüstanın Azərbaycan və Ermənistanla olan münasibətini dəyişməyəcək... Bizim dostlarımızın Gürücstanda və parlamentdə olan dostluğunu dəyişməyəcək. Demək olar ki, məsələ az-çox həll olunub və mən hansısa çətinlik gözləmirəm” - bildirib Arçil Talakvadze çoxluğun görüşü başa çatdıqdan sonra mediya nümayədnələrinə.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google