"WhatsApp" messencerinin interfeysində olan bir
özəllik istifadəçilərin silinmiş ismarıcları oxumasına imkan
yaradır.
"Marneuli"
radiosu Milli.az-a istinadən xəbər verir ki, yoxa çıxmış və ya
silinmiş ismarıcları qaytarmağın yolu haqqında "Mirror" nəşri
məlumat yayıb.
İsmarıcların bərpası mexanizmi yazışmaların ehtiyat surətinin
çıxarılması funksiyasına əsaslanır.
Yoxa çıxmış yazışmanı oxumaq üçün mobil cihazdan "WhatsApp"
tətbiqini silmək və onu yenidən yazmaq lazımdır. Bu zaman
ismarıcların arxivi ehtiyat surətlər bölməsindən əvvəlki şəkildə
(yəni ismarıclar silinənə qədər olan vəziyyətdə) bərpa olunur.
Lakin bu vasitə yalnız ismarıc surətlərinin sistem tərəfindən
yenilənmədiyi (avtomatik yeniləmə bir qayda olaraq, hər gün gecə
saatlarında gerçəkləşir) təqdirdə keçərli olur. Bu, bütün mobil
cihazlara və qadjetlərə şamil olunur.