Zükerberqin sərvəti bir gün ərzində 6,2 milyard dollar artıb
"Facebook" sosial şəbəkəsinin təsisçisi və icraçı direktoru Mark Zükerberqin sərvəti bir günə 6,2 milyard dollar artıb.

"Facebook"un ötən ilin yekununa dair hesabatını açıqlaması fonunda sərvəti artan Mark Zükerberq dünyanın ən zəngin insanları siyahısında 2 pillə irəliləyib.

Zükerberqin sərvəti 65,6 milyard dollar həcmində qiymətləndirilir. Yanvarın 31-də bir gün ərzində sərvətinin bu həcmdə artması ilə o, "Bloomberg" milyarderlər indeksinin ən zənginlər siyahısında 7-ci pillədən 5-ci pilləyə yüksəlib. Sözügedən siyahıya artıq 15 aydır ki, "Amazon" şirkətinin rəhbəri Ceff Bezos liderlik edir.

Qeyd edək ki, yanvarın 30-da "Facebook" şirkəti 2018-ci ilin yekunlarına dair hesabat yayıb. Hesabata əsasən, üç il ərzində şirkətin xalis mənfəəti 39% artaraq 22,1 milyard dollar, ümumi gəliri isə 37 faiz artaraq 55,8 milyard dollar təşkil edib.

Mənbə: Milli.az




Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები