"Whatsapp"da silinən mesajları oxumağın yolu tapıldı
Əgər
birinə göndərdiyiniz mesajı qarşı tərəf oxumadan silə bilsəniz
belə, həmin mesajı oxumaq mümkün olur.
Danışdığınız şəxs sizə göndərdiyi mesajı silibsə, "WhatsApp"ı
telefonunuzdan silin və yenidən yükləyin. Bu proses tamamlandıqdan
sonra mesaj keçmişiniz geri qayıtmış olacaq və bu zaman silinmmiş
mesajı da oxuya biləcəksiniz.
Online olanda sİzə göndərilmiş mesaj silinibsə, "bu mesaj silindi"
şəklində bir xəbərdarlıqla qarşılaşırsınız. Beləliklə mesaj
yazışmadan silinsə belə, telefonun yaddaşında qalır.
Silinmiş mesajları görməyin digər bir yolu isə Android telefonlarda
endirmə proqramından istifadə etməkdir. "WhatsApp" silinmiş
mesajların bildirişlərini silsə də, bu tip proqramlar mesajları
silinmədən öncə depolamaq qabiliyyətinə sahib olur. Lakin bu tip
tətbiqlərin təhlükəsizlik məsələsi hər zaman sual altında olur.
"WhatsApp" rəsmiləri bu boşluğu aradan qaldırmaq üçün sosial
şəbəkənin yeni versiyasını təqdim etməyi planlaşdırır. Lakin,
yenilənmiş tətbiqin nə vaxt təqdim olunacağı hələlik
bilinmir.