“Vahid Milli Hərəkat”ın nümayəndəsi, keçmiş
təhsil naziri Dimitri Şaşkin attestat imtahanlarının ləğv
olunmasına rəy bildirib.
Onun
qiymətləndirməsinə görə, attestat imtahanlarının ləğv olunması ilə
məktəblərdə fizika, riyaziyyat, kimya və biologiya məhv olacaq.
Bundan əlavə Şaşkinin bəyanatına görə attestat imtahanlarının ləğv
olunması ilə məktəblərə rüşvət qayıdacaq.
“Dünyada normal ölkələrin hamısında şagirdlər imtahan
verir. Gürcüstanda özəl məktəblərdə ildə iki dəfə imtahan verirlər.
Çünki təhsilə təcrübə və tədbir görmək lazımdır. Məktəb təhsili ali
təhsil qədər vacibdir. Məktəbdə uşaq elə qabiliyyət əldə edir ki,
ona bütün həyatı boyu uğurlu adam olmaqda ona kömək edəcək. Bütün
dünyada müsabiqə var və səkkiz fənn var onun tədrisi vacibdir və
heç bir fənni aradan çıxarmaq olmaz. Ona görə yox ki, kimsə bunu
istəmir ona görə ki, bu səkkiz fənin tədrisinin uşaqlarda həyatda
lazım olan bacarıqların inkişaf etdirilməsi təsdiqlənib. Həmin
səkkiz fənn bunlardır: Ana dili, xarici dil, tarix, coğrafiya,
kimya, fizika, biologiya və riyaziyyat. Attestat imtahanlarının
ləğv edilməsi ilə fizika, riyaziyyat, kimya və biologiya
məktəblərdə məhv olacaq, bunların hamısını 90-cı illərdə
görmüşük.
Attestat imtahanlarının ləğb edilməsi ilə məktəblərə rüşvət
qayıdacaq, uşaqlara “bambanerka” və pul qarşılığında attestat
verəcəklər. 2012-ci ildən sonra hər il attestat imtahanlarının
göstəricisi pisləşir. Onu daha da təkmilləşdirilmə lazımdır ləğv
etmək deyil” - bildirib Dimitri
Şaşkin.