Baş nazir - təhsil sistemi və elmdə problemlər hələ də çoxdur və bu problemlərə qalib gəlmək radikal dəyişikliklər olmadan mümkün deyil
Səmimi olaraq etiraf etməliyik ki, təhsil sistemi və elmdə problemlər hələ də çoxdur və bu problemlərə qalib gəlmək radikal dəyişikliklər olmadan mümkün deyil – bu haqda baş nazir Mamuka Baxtadze təhsil reformasının təqdimatında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, ən ağır problem təhsil və elmin iqtisadi inkişafdan uzaqlaşmasıdır.

“Bu gün ictimaiyyətin qarşısına təhsil reforması çıxarırıq və bu reforma tamamilə bizim reallığımıza və təhsil sistemində olan problemlərə uyğundur. Reforma beş pillədən ibarətdir: Məktəbəqədər təhsil, ümumi təhsil, peşə təhsili, ali təhsil və elm. Bir çox istiqamətlərdə artıq addımlar atılıb və vacib proseslərin əsası qoyulub. Ancaq səmimi olaraq etiraf etməliyik ki, təhsil sistemi və elmdə problemlər hələ də çoxdur və bu problemlərin həlli radikal dəyişikliklər olmadan mümkün deyil. İllər ərzində bizim ölkənin təhsil sektorunda çatışmamazlıqlar yarandı və bu təcili olaraq aradan qaldırılmalıdır. Ən ağır problem isə iqtisadi inkişaf, təhsil və elmin bir-birində uzaq olmasıdır. Bu bizim iqtisadi potensialımıza dəyən çox böyük zərbə idi. Bizim ölkənin inkişaf strategiyasında məhz bu iki istiqamət müəyyən olunacaq” - bildirib Baxtadze.

Print ელ. ფოსტა
FaceBook Twitter Google