Xəbərlər
Sobadan düzgün istifadə etməyin qızıl qaydaları
Çox vaxt reseptə tam əməl etsək də, sobada bişən şirniyyat və digər un məhsullarının yetərincə şişməməsindən, üzərinin qızarıb, içərisinin çiy qalmağından şikayətlənirik. Bəzən də, ruhdan düşürük.

Marneulifm-in bu tövsiyələrindən sonra sobada hazırladığınız şirniyyatlar ümümiyyətlə istənilən növ xəmir işlərinin dadı və görünüşü ürəyinizcə olacaq.

Öncə elektrik soba ilə bağlı bir neçə tövsiyyəni nəzərinizə çatdıraq:

Təbii ki, elektrik soba olduqca rahatdır. Çünki burda bişmə temperaturunu özünüz dəqiq idarə edə bilirsiniz. Lakin diqqət etməli olduğumuz bir neçə məqam var:

Sobanı yandırmazdan öncə içərisindəki artıq əşyaları çıxartmağı unutmayın, hətta dəmir barmaqlığı. Çünki, istənilən yad cisim sobanın qızmağına mane ola bilər.
Sobanı hər zaman şirniyat hazırlamazdan 15 dəqiqə öncə qızdırın.

Bəzi keramik və şüşə qabda bişirilən təamları soyuq sobaya qoyub, sonra yandırmaq lazım gəlir. Bu zaman xəmirə diqqət edin əgər çox qalxarsa, üzərinə nəm perqament kağızı qoymaq lazımdır.
Soba sinisini və qabını heç zaman sobanın dibinə qoymayın, dəmir barmaqlığın üzərində bişirin.

Əgər sobanızda bişən un məhsulları quru alınır və çatlayırsa, bişmə prossesinin ilk yarısında sobaya su ilə dolu bir qab qoyun (təbii ki, soba istiliyinə davamlı).
Qalxmağını gözlədiyiniz xəmirləri sobaya qoyduqdan sonra, bişən müddətdə qapağını açmayın. Qapağı isə ehtiyyatla yavaşca bağlayın ki, xəmir yatmasın.

Xəmirin bişib-bişmədiyini kibrit və ya diş çöpü batıraraq, müəyyən edin. Əgər çöp quru çıxarsa, xəmiriniz tam hazırdır.
Sonda isə müxtəlif bişmələrin hazırlanma dərəcələrini təqdim edirik:

Mayalı xəmir - 180 °С
Kiçik ölçülü un məmulatları ( qurabiyə, pryannik və s.) -210-220 °С
Hündür ölçülü un məmulatları -175-190 °С
Qat-qat xəmirdən hazırlanan məmulatlar 200-220 °С
Beze, merengi, fransız makaronları - 100-130 °С. 

Mənbə: Milli.az
FaceBook Twitter Google
მსგავსი სიახლეები
Yayım şirkəti Rustavi2 yenilənmiş efirə və
“Kurieri” xəbərlər buraxlışının yayımına 23 sentabrdan
başlayacaq.
Yayım şirkəti Rustavi2 yenilənmiş efirə və “Kurieri” xəbərlər buraxlışının yayımına 23 sentabrdan başlayacaq.
NDİ-ın araşdırmasına əsasən İnstitutlar
arasında əhali Gürcüstanın Provoslav Kilsəsinin fəaliyyətini müsbət
dəyərləndirir.
NDİ-ın araşdırmasına əsasən İnstitutlar arasında əhali Gürcüstanın Provoslav Kilsəsinin fəaliyyətini müsbət dəyərləndirir.
Milli-Demokratik İnstitut (NDİ) və CRRC
Gürcüstanın 19 sentyabrda yayımladığı araşdırmasına əsasən
hökumətin fəaliyyətini 60% mənfi dəyərləndirir.
Milli-Demokratik İnstitut (NDİ) və CRRC Gürcüstanın 19 sentyabrda yayımladığı araşdırmasına əsasən hökumətin fəaliyyətini 60% mənfi dəyərləndirir.
Marqarita Miskaryan Marneuli Uşaq Bağçaları
Birliyini bir növ ayrı-seçkilikdə ittiham edir. O, bir neçə gün
əvvəl bilib ki, onu Dəmyə kəndində məktəbəqədər hazırlıq mərkəzinə
gürcü dili müəllimi vəzifəsinə qəbul etməyiblər.

Marqarita Miskaryan Marneuli Uşaq Bağçaları Birliyini bir növ ayrı-seçkilikdə ittiham edir. O, bir neçə gün əvvəl bilib ki, onu Dəmyə kəndində məktəbəqədər hazırlıq mərkəzinə gürcü dili müəllimi vəzifəsinə qəbul etməyiblər.

Marneuli bələdiyyəsində 25 ictimai məktəb
2019-2020-ci tədris ili başlayana qədər elan edilmiş vakansiya
nəticəsində 82 pedaqoqu işə qəbul edib. Onların əksəriyyəti 35 yaşa
qədərdir.

Marneuli bələdiyyəsində 25 ictimai məktəb 2019-2020-ci tədris ili başlayana qədər elan edilmiş vakansiya nəticəsində 82 pedaqoqu işə qəbul edib. Onların əksəriyyəti 35 yaşa qədərdir.

“Gürcüstan Dəmiryolu”nun baş direktoru Davit
Peradze 17-18 sentyabrda Gürcüstanın İqtisadiyyat və Davamlı
İnkişaf naziri Natia Turnava və onun müavini ilə birgə Azərbaycana
səfər edib.
“Gürcüstan Dəmiryolu”nun baş direktoru Davit Peradze 17-18 sentyabrda Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava və onun müavini ilə birgə Azərbaycana səfər edib.
NDİ-ın araşdırmasına görə, hakimiyyətdə
liderlər arasında ən yüksək reytinqə Kaxa Kaladze
malikdir.
NDİ-ın araşdırmasına görə, hakimiyyətdə liderlər arasında ən yüksək reytinqə Kaxa Kaladze malikdir.