8 fevral üçün ulduz falı
Qoç
- enerjili və aktiv olun. Rəqiblərinizi üstələyin, onları geridə
qoyun. Bu gün səsləndirəcəyiniz ideyalar pis olmasa da, onların
hələlik vaxtı çatmayıb. Ətrafınızdakılar sizi sadəcə, anlamaya
bilərlər. Uğur əldə etmək üçün fəaliyyət azadlığı
olmalıdır.
Buğa - müsbət təmayüllərin təsiri artır. Gün bir sıra məqamlar
baxımından uğurlu gündür. Ətrafınızdakı insanlarla tez dil tapmağa
çalışın. Yeni hamilərlə əlaqələr qura bilərsiniz. Bu gün sizi
ruhlandıracaq şəxslə görüş istisna deyil.
Əkizlər - günün ilk yarısı sakit, məhsuldar dönəmdir. Çətin
problemləri həll edəcəksiniz. Yaxın ətrafınızdakı insanlardan
fərqli olaraq daha qətiyyətli və əzmkar olun. Saatlar keçdikcə
çalışdığınız insanlarla dil tapmaq müşkül olur. Bu da təbii ki, işə
təsir edir.
Xərçəng - peşəkar fəaliyyət sahəsində ciddi uğurlara nail ola
bilərsiniz. Yeni imkanlar yaranır. Şanslardan istifadə edin.
Yaxınlarınızdan biri və ya ətrafınızdakı bir neçə insan iş
prosesinə müdaxilə etdikləri üçün səhvlərə yol verə bilərsiniz.
Şir - ünsiyyət, şəxsi işlərin müzakirəsi, yeni tanışlıq və ya
əməkdaşlıq üçün əlverişli gündür. Tərəfdaş və ya şərikinizi
anlamağa çalışın. Niyyət və ya istəkləri qulaqardına vurmayın. Sizi
aldatmağa çalışacaqlar. Yalan danışmayın.
Qız - hər şey yaxşıdır. Darıxmağa vaxt olmayacaq. Qərarları sürətlə
qəbul edin. Situasiyadakı dəyişikliklərə aktiv şəkildə uyğunlaşın.
İmprovizə pis olmaz. Kiçik maliyyə itkiləri istisna deyil.
Alış-veriş sizi razı salmayacaq.
Tərəzi - əhatənizdəki insanların münasibəti sizi sevindirəcək.
Diqqət mərkəzindəsiniz. Arzu və istəkləriniz diqqətdən kənarda
qalmayacaq.
Planlarınızdan birini reallaşdırmaq üçün əlverişli zaman seçin.
Tələblər və iradların sizi yormasına imkan verməyin.
Əqrəb - çoxdan bəri reallaşdırmaq istədiyiniz planları həyata
keçirmək üçün münasib gündür. Başladığınız işləri mütləq şəkildə
bitirin. Tamamilə yeni işlərdə uğura nail ola bilərsiniz. Yeni
informasiyanı tez əxz edin. Məlumatlardan bəziləri az sonra
karınıza gələ bilər. Görüş və danışıqlar üçün əlverişli
zamandır.
Oxatan - günün ilk yarısında əhvalınız xoş olmayacaq. Sevinc üçün
səbəblərin az, qıcıqlıq və stress üçünsə çox olduğunu düşünürsünüz.
Ətrafınızdakı insanların əsəblərini tarıma çəkərək onların səbrini
yoxlamayın. Münaqişələrə səbəbkar olmayın.
Oğlaq - təlaşa qapılmayın, narahat olmayın. Sakit və soyuqqanlı
çalışsanız, gün uğurlu olacaq. Uğura əmin olun, qətiyyətlə
davranın. Səfərə yollanmaq, şəraiti dəyişmək olar. Rutin
məsələlərin həllini unutmayın. Gəlir istisna deyil.
Dolça - başladığınız istənilən işi tam bitirməyə çalışın. Yeni
işiniz mühüm, məqsədiniz isə genişmiqyaslı olsun. Səfərə yollana
bilərsiniz. Bir zamanlar məhsuldar əməkdaşlığınızın olduğu insan
maraqlı işgüzar təşəbbüs və ya təkliflə qayıdacaq.
Balıqlar - məşğul olduğunuz iş nə qədər mürəkkəb və mühüm olarsa,
gününüz bir o qədər uğurlu alınacaq. Sizin üçün yeni sahədə böyük
uğurlara nail ola bilərsiniz. Yardımlardan imtina
etməyin.