2018-ci ildə 8 məktəb dirktoru və 2 resurs mərkəz rəhbəri işdən azad edilib-Mixeil Batiaşvili
Təhsil naziri Mixeil Batiaşvilinin sözlərinə görə, 2018-ci ildə yoxlama nəticəsində 8 məktəb direktoru və 2 resurs mərkəzinin rəhbəri işdən azad edilib. Bu haqqda Batiaşvili 7 fevral tarixində Parlamentdə çıxışı zamanı qeyd edib.

“Vəziyyəti öyrənmək və problemlərin həll olunması məqsədi ilə nazirlik bütün ölkə miqyasında daim planlı və plansız yoxlamalar həyata keçirir. Məktəblərdə 2018-ci ildə yoxlama nəticəsində 101 nəticə yazılıb, 54 məktəbə qeyd və xəbərdarlıq verilib, 8 məktəb direkoru və 2 resurs mərkəz rəhbəri işdən azad edilib. Hüquqi orqanlara isə 22 qanun pozuntusu işi göndərilib”- Mixeil Batiaşvili qeyd edib.

Nazir onu da qeyd edib ki, məktəblərin yoxlanılmasının iki əsas səbəbi var. Onlardan biri planlı yoxlama digəri isə vətəndaşlar, valideyn və ya pedaqoqlardan qəbul olunan ərizələrdir. Həmçinin o, müraciət olan halda məktəb ərizənin qəbulundan 2 gün ərzində yoxlanıldığını bildirib.

Print ელ. ფოსტა
თეგები: Mixeil Batiaşvili Marneulifm Marneuli
FaceBook Twitter Google