"Ehtiyacı olan cütlüklərə yardım fondu yaradılacaq"- Emzar Kvitisiani
Deputat Emzar Kvitsianinin bəyanatına görə, tezliklə təşkilat (ola bilsin fond) yaranacaq və oraya emiqrantlar pul köçürəcəklər və həmin pul ehtiyac ucbatından ailə qurmağa cəhd etməyən cütlüklərə sərf olunacaq. Bu haqqda Kvitsiani "PalitraNews"-un efirində bildirib.


“Tezliklə təşkilat yaranacaq, ola bilsin fond oldu və oraya emiqrantlar pul köçürəcəklər. Yeni ailələrin gücləndirilməsi üçün yardıma başlanılacaq. Elə cütlüklər var ki, imkanları
olmadığına görə ailə qura bilmirlər. Agentlər olacaq və gəzib belə cütlükləri tapıb, qeydiyyata alaraq kömək edəcəklər”
- Kvitsiani bildirib.

Onun sözlərinə görə, sevgili cütlüklər qeydiyyata düşmək üçün ərizə yazacaqlar.
Kvitsiani qeyd edib ki, fond yalnız gürcülərə yardım edəcək. Verilişin aparıcısının bunun etnik azlıqlara qarşı diskriminasiya olması replikasına Kvitsiani cavab verərək deyib ki, bu diskriminasiya deyil çünki fondu dövlət deyil, fərdi şəxslər yaradır. Ancaq antidiskriminasiya özəl sektora da aiddir.
Print ელ. ფოსტა
თეგები: Marneulifm Marneuli Emzar Kvitisiani
FaceBook Twitter Google