10 fevral üçün ulduz falı
Qoç - günlə bağlı böyük gözləntiləriniz olmasın. Əməkdaşlığına dəyər verdiyiniz tərəfdaşa qarşı iddiaları və iradları minimuma endirin. Problemlərin işin gedişatında əhəmiyyətli çatışmazlıqları üzə çıxardığı məqamlarda qərarlar və tədbirlər radikal ola bilər. İşlərinizdə və münasibətlərdə eksperimentlərə təşəbbüs göstərməyin.

Buğa - ətrafınızdakı insanlar diqqət mərkəzinizdə olan situasiyanın mahiyyətini görməyə şərait yaradacaqlar. Potensialınızdan yararlanın, prinsiplərinizə xəyanət etməyin.
İşlərin gedişatını nizama salmaq üçün səbatlı mövqedə qalın. Yaxın gələcəkdəki işə hazırlaşın. 

Əkizlər - bu gün yaxşı heç nə vəd etmir. Situasiya ilə barışın, uğursuzluğa səbəb olan məqamlara kəskin etiraz etməyin. Əldə etməkdən daha çox verməli olacaqsınız. Şərtlərin nəzərə almaması səhhətinizə mənfi təsir edə bilər. İntensiv rejimdə çalışaraq yorulmalı olacaqsınız. Tanışlardan biri köhnə vədi xatırladacaq.

Xərçəng - bütün cəbhələrdə uğur qazanmaq istəyirsinizsə, səhhətiniz ağır zərbəyə məruz qala bilər. Maraq dairəinizi həll etməyə çalışdığınız məsələlərlə məhdudlaşdırın. Fəqət, başladığınız hər işi mütləq başa vurmağa çalışın.

Şir - işgüzar aktivliyi həddən artıq intensivləşdirməyin. Məqsədə sürətlə çatmaq istəyini ətrafınızdakı insanların gözləntilərinə uyğunlaşdırmağa çalışın. İşdə rəhbərliyin, evdə valideynlərin məsləhətlərinə diqqətlə qulaq asın.

Qız - ətrafınızda olanlardan biri hissləriniz və maraqlarınız hesabına mövqeyini möhkəmlətməyə çalışır. Narazılıq, yığılan gərginlik aktivləşərək aşkar qarşıdurmaya çevrilə bilər. Münaqişə üçün kiçik qığılcım yetər. İşlər istədiyiniz sürətlə irəliləmir.

Tərəzi - qarışıq, təbəddülatlı gündür. Çox görüşlər keçirməli, məlumat almalı, informasiyaları təhlil etməlisiniz. Mübahisələrə qatılmayın - onlarda heç bir fayda yoxdur. Münaqişəli situasiyalarda kimin haqlı olduğunu anlamaq asan deyil. Ən yaxşısı odur ki, cari işə fikir verin, xırdalıqları diqqətdən qaçırmayın.

Əqrəb - yaşam sizi müəyyən çərçivəyə salır. Bu da sizə zamanınızı asudə planlaşdırmağa və görmək istədiyiniz işi seçməyə mane olur. İddiaların səviyyəsini aşağı salın. Mümkün qədər çox iş görməyə çalışın. Hansısa illüziyanın darmadağın olması nəticəsində perspektivlərə daha aydın baxacaqsınız.

Oxatan - planlar qurun, arzulayın, oynamaq istədiyiniz partiyanın fiqurlarını tərpədin. Heyət, iştirakçılar, prioritetləriniz və məqsədləriniz dəyişir. Diqqətinizi yeni obyektə yönəldə biləcək tanışlıq ola bilər. Maddi perspektivlərə dəyişikliklər edin.

Oğlaq - yaşamın sakit ritmini pozmayın. Çox çalışın, sağlam qidalanın. Faydalı vərdişlər əxz edin. Tamahınıza qul olmayın. Ətrafınızdakı insanlardan biri maraqlarınıza qarşı çıxaraq əhvalınızı korlamağa çalışacaq. Emosional problemlərinizi yola qoymaq asan deyil.

Dolça - birmənalı olmayan gündür. Uğur qazanmaqla yanaşı, uğursuzluğa düçar da ola bilərsiniz. Niyyətlər müqavimətlə üzləşəcək. Yaxın ətrafınızdakı adamlardan biri heç bir motivasiya olmadan vədlərinə əməl etmək istəməyəcək. Aktiv işləyin, fəal olun.

Balıqlar - nüfuzlu fiqurlarla münasibətlərdə sərtlik nümayiş etdirməyin.
Sizə elə gələ bilər ki, təzyiqlərə məruz qalırsınız. Yaxın ətrafınızdakı insanlar rahat ünsiyyət və istirahətinizə mane ola bilərlər. Güzəştə gedin, aqressiv davranmayın.
Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google
დაიცავი დისტანცია