14 fevral sevgililər günündə sevgilinizi necə xoşbəxt edə bilərsiniz?
14 fevral Sevgililər Günündə xanımların əksəriyyəti əks cins nümayəndələrindən hədiyyə gözləyirlər. Təəssüf ki, bəzən romantik münasibətləri olsa belə, bu istəkləri qarşılanmır. Adətən kişilər hədiyyə almağa üstünlük vermirlər və bir gül belə olsa sevdikləri qadına alıb hədiyyə etmirlər.

Bəs hansı yolla kişilər sevdikləri qadına məcburiyyətdən deyil, öz istəkləri olduğu halda sürprizlər edib, hədiyyə alsınlar.


Əgər siz partnyorunuzdan
hansısa xüsusi hədiyyə gözləyirsinizsə, bunu dilə gətirməkdən çəkinməyin. Axı kişilər telepat deyillər.

Sevdiyiniz şəxs sizə yaraşmayan və ya xoşunuza gəlməyən hədiyyələr alsa belə məyus olduğunuzu bəlli etməyin. Əksinə onunla çox xoşbəxt olduğunuzu dilə gətirin və sevinc hissinizi ən yüksək şəkildə biruzə verin. Ona hədiyyədən məmnun olduğunuz görüntüsünü sərgiləyin. Belə olduğu halda sizə gələn hədiyyələrin sayı artacaq. Əmin olun!



Hazırda sizin sevgiliniz yoxdursa və xüsusi günləri tək başınıza qeyd edirsinizsə, özünüz özünüzü xoşbəxt edin. Sevgililər günü də daxil olmaqla xüsusi günlərinizdə özünüzə hədiyyələr alın. Bu halda həm şüuraltınız, həm də ətrafınızdakı insanlar sizin buna layiq olduğunuzla bağlı müsbət impluslar, informasiyalar alacaq.


Bəzən özünü xoşbəxt etməyin əsas yollarından biri də etmiş olduğunuz təsəvvürlərdir. Belə ki, şəxsin sizə böyük gül buketi aldığını təsəvvür edin və xoşbəxt olmağa çalışın.


Səxavətli qadın olun. Kişilərdən qarşılıq gözləmədən onlar üçün xüsusi şeylər edin. Bunları sadəcə xüsusi günlərdə deyil hər zaman edin. Daha sonra partnyorunuzun da sizə xoş olsun və sizi xoşbəxt etsin deyə nələrsə etməyə çalışdığını görəcəksiniz.



Print ელ. ფოსტა
FaceBook Twitter Google