Boğaz ağrısı üçün dadlı sorma konfetlər - Evdə hazırlayın
Mövsümlə əlaqədar olaraq yayılan infeksion xəstəliklər müalicə edilməsinə baxmayaraq heç cür keçib getməyən öskürək bir çoxlarını narahat edir. Qıcıqlanma və qızartı verərək gündəlik həyatı çətinləşdirən öskürəkdən qurtulmağı təbii yolları da var.


Ev şəraitində hazırlana bilə boğaz ağrısı üçün nəzərdə tutulan sorma konfet reseptini təqdim edirik:

Lazım olan ərzaqlar:

1 stəkan şəkər tozu
Yarım stəkan su
1 yemək qaşığı limon şirəsi
1 yemək qaşığı təbii bal
1 çay qaşığı zəncəfil tozu
1 çay qaşığı əzilmiş mixək

Hazırlanması:

Sadalanan ərzaqların hamısını bir qaba töküb qazın üstündə 15-20 dəqiqə birişin. Qaynayan kimi altını söndürüb soyudun. Soyuduqdan sonra bir qaba yağlı kağız sərərək üzərinə qaşıq vasitəsilə tökün və soyuducuya qoyun. Soyuduqdan sonra çıxararaq üzərinə şəkər pudrası səpin.
Həm dadlı həm də faydalı konfetlər hazırdır.

Mənbə: Milli.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები