20 fevral üçün ulduz falı
Qoç - İşə ciddi yanaşın. Qeyri-ciddilik, hərdəmxəyallıq problemlər yarada bilər. Peşəkar fəaliyyət müstəvisində irəliləyişə nail olmaq istəyirsinizsə, rəhbərliyin möveqlərinə zidd addımlar atmayın. Bu minvalla müşkül situasiyalar yaratmayın. Kritik məqamlarda məntiqli davranın. Belədə sizə səhvlərinizi bağışlayarlar.

Buğa - Müsbət təmayüllərin təsir gücü artır. Nəzərdə tutduğunuz ideya və ya planı uğurla reallaşdıra bilərsiniz. Gələcəklə bağlı planlar qurmaq olar. Onları tez bir zamanda həyata keçirməyə çalışın. Şəxsi münasibətlərdə təşəbbüs zamanıdır.

Əkizlər - Sizə maraqlı təsir bağışlamayan işlərə çox vaxt sərf etməli olacaqsınız. Əfsuslar olsun ki, bu işləri nə başqasına həvalə etmək, nə də təxirə salmaq mümkün deyil. Sizə əziz olan insanlarla münasibətlərdə problemlər yarana bilər. Səylərinizə rəğmən, ixtilafın qarşısını almaq asan deyil.

Xərçəng - Kiçik çətinliklər yaranacaq, amma onları uğurla dəf edəcəksiniz. Dostlar və etibarlı, sınanmış müttəfiqlər sizə yardım edəcəklər. Anlaşma, uzunmüddətli əməkdaşlıqla bağlı sözləşmə üçün əlverişli zamandır. Yeni tanışlıqlara laqeyd yanaşmayın. Az sonra onlardan biri faydalı ola bilər.

Şir - Maraqlı gündür. Fəal olun, süstlüyə qapılmayın. Gündəlik, rutin işlərə yaradıcı yanaşma gərəkli nəticəyə nail olmaqla yanaşı, yeniliyi əxz etməyə imkan verəcək. Yeni müttəfiqlər tapa bilrsiniz. İntuisiyanız itidir. Onun siqnallarına qulaq assanız, hətta ən çətin vəziyyətdə də kobud səhvlərə yol verməyəcəksiniz.

Qız - Enerjili, aktiv olun. İntizamlı davranın. Soyuqqanlı və təmkinli hərəkətlər bu gün əsas üstünlüyünüz ola bilər. Əvvəlki günlərlə müqayisədə daha çox işləməli olsanız da, yorğunluqdan şikayətlənməyin. Yeni ideyalar və cəsarətli təşəbbüsləri dəstəkləyin. Qeyri-standart qərarlar qəbul etməyi bacaran insanla qarşılaşacaqsınız.

Tərəzi - Gün çətin, mürəkkəbdir. Emosiyalarınıza hakim olun. Ən əlverişsiz, gərgin anlarda hisslərinizin nəzarətdən çıxmasına imkan verməyin. Önəm verdiyiniz insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmaq cəhdləriniz uğursuzluğa düçar ola bilər. Bacarıq və biliklərinizi görmək istəmir, çatışmazlıqlarınızı isə həddən ziyadə şişirdirlər.

Əqrəb - İşgüzar danışıqlar və şəxsi səciyyəli görüşlər yaxşı keçəcək. İndiyədək dil tapa bilmədiyiniz insanlarla anlaşa biləcəksiniz. Mürəkkəb və genişmiqyaslı peşəkar layihələrə başlamaq olar. Kommersiya fəaliyyəti gəlir verəcək. Gəlir təxminlədiyinizdən də artıq ola bilər.

Oxatan - Gərgin və məhsuldar fəaliyyət günüdür. Bu işin nəticələrini dərhal görməyəcəksiniz. Səbirli olun. Hadisələri sürətləndirmək, süni təkanlardan yararlanmaq cəhdləri yaxşı heç nə vəd etmir. Yeni işgüzar münasibətlər yaratmaq, işdəki münaqişəni çözmək və nizamlamaq üçün əlverişli zamandır.

Oğlaq - Bu gün qəbul edəcəyiniz qərarları həyata keçirin. Onlar yaşamınızda müsbət dəyişikliklərə səbəb ola bilər. Önəm verdiyiniz insanlarla ünsiyyət üçün yaxşı gündür. Müttəfiqlə yanaşı, nüfuzlu hami arayın. Peşəkar fəaliyyət müstəvisində irəliləyiş şansları yaranır. Daha maraqlı, maaşı yüksək olan iş tapa bilərsiniz.

Dolça - Çətin, qarışıq və mürəkkəb gündür. İşdə problemlər yaranacaq. Şəxsi münasibətlərdə də rəvanlıq və sakitlik müşahidə olunmur. Ən pisi odur ki, niyyət və planlarınızda konkretlik yoxdur. Sonradan sizə təəssüf hissi yaradacaq addımlar atmayın.

Balıqlar - İşgüzar baxımdan çox əlverişli gündür. İstənilən problemin və ya çətinliyin öhdəsindən sürətlə gəlin. Rəqibləri üstələyin. Hətta ən çətin durumda belə, qətiyyəti və inamı itirməyin. Toplantı, iclas və ya seminara qatılmaq üçün münasib zamandır.

Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google
დაიცავი დისტანცია