İl ərzində bir neçə
dəfə qəza halları törədən avtomobillər üçün üçüncü şəxsin məcburi
sığorta paketini qazanmaq olduqca baha başa gələcək
– bu haqda sığorta üzrə nəzarət xidmətinin rəhbərinin birinci
müavini İrakli Tutaraşvili bildirib.
Onun izahatına görə, mülki cavabdehlik üzrə məcburi sığorta
haqqında hazırlanmış qanun layihəsi qüvvəyə minməsindən üç il sonra
“bonus-malus” sisteminin qəbul edilməsini nəzərdə tutur.
“Qanunla nəzərdə tutulub ki, ölkədə üç ildən sonra
“Bonus-malus” sistemi qəbul oluna bilər. Bu deməkdir ki, əgər
sürücü bir neçə il ərzində qəza halı törətmirsə və yaxşı
sürücüdürsə, o, tez-tez qəza törədən sürücülərdən fərqli olaraq
sığorta premiyasını az miqdarda ödəməli olacaq. Bildiyiniz kimi
qanun layihəsində sığorta paketinin dəyişən illik dəyərinin aşağı
və yuxarı həddi nəzərdə tutulub. Bonus-malus sisteminə əsasən isə
əgər məsələn, minik maşınının sürücüsü üçün sığorta paketinin illik
dəyəri 100-dən 150-lariyə qədərdir. Qanuna tabe olan sürücülər ola
bilsin 100 laridən olduqca az məbləğ ödəsinlər, pis sürücülər isə
sığorta premiyası olaraq 150 laridən artıq məbləğ
ödəyəcəklər” - İrakli Tutaraşvili bildirib.
Xatırladaq ki, üçüncü şəxsin məcburi sığortası Gürcüstan güman ki,
1 iyuldan qüvvəyə minəcək. Qanun layihəsi ilə nəqliyyat vasitələri
kateqoriyasına əsasən illik sığortanın minimal və maksimum
qiymətləri müəyyən edilib:
Mühərrikinin həcmi 50 sm3-dən artıq olan motosikl – 75.00-110.00
lari;
İcazə verilən maksimum kütləsi 3 500 kq, oturacaq yerlərin sayı isə
(sürücüdən əlavə) 8 nəfərdən çox olan minik maşını üçün – 100.00 –
150.00 lari;
Oturacaqlarının sayı (sürücüdən əlavə) 8 nəfərdən artıq olmayan
avtobuslar üçün – 160.00 - 240.00 lari;
İcazə verilən maksimum kütləs 3500 kq-dana rtıq olmayan yük
maşınları üçün – 210.00 - 310.00 lari;
Qoşqular üçün – 50.00 - 75.00 lari;
Kənd-təsərrüfatı maşınları, xüsusi özü hərəkət edən maşınlar üçün –
60.00 - 90.00 lari.