Dünya Səhiyyə Təşkilatı: təhlükəsiz qidalanmanın 5 əsas prinsipi
Dünya Səhiyyə Təşkilatı (DST) qida mənşəli
xəstəliklərin qarşısını almaqdan ötrü hamını sadə qaydalara riayət
etməyə çağırır.
DST-nin müraciətində deyilir: "Ərzaq məhsulları
istehsalçıları onların təhlükəsizliyi üçün əsas məsuliyyət daşıyır.
Lakin siz özünüzü və ailənizi 5 əsas prinsipi tətbiq edərək qida
mənşəli xəstəliklərdən qoruya bilərsiniz".
DST patogen (xəstəlik törədən) mikroorqanizmlərdən xilas olmaq üçün
bu şərtləri yerinə yetirməyə çağırır: yoluxmanın qarşısını almaq
məqsədilə təmizliyə riayət etmək; çiy və hazır yeməkləri
qarışdırmamaq; mikroorqanizmlərin məhv edilməsindən ötrü yeməyi
mükəmməl hazırlamaq; bakteriyaların inkişafının qarşısını almaqdan
ötrü ərzaqları təhlükəsiz temperaturda saxlamaq; yoluxmanın
qarşısını almaq məqsədilə təmiz sudan və təmiz qida xammalından
istifadə etmək.
Mənbə:
Milli.az