26 fevral üçün ulduz falı
Qoç - İstənilən çətinliyin, hətta ən mürəkkəb problemin öhdəsindən gələ bilərsiniz. Sizi və yaxınlarınızı çoxdan bəri narahat edən suala cavab tapmaq ehtimalı az deyil. İntellektual potensialızın səviyyəsi yüksəkdir. Əla ideyalardan birini reallaşdırın. Ünsiyyət, yeni müttəfiqlərin axtarışı üçün əlverişli zamandır.

Buğa - Rəvan olmayan, gərgin gündür. Mühüm qərarları müstəqil şəkildə, yaxın ətrafınızdakı insanların məsləhətlərinə əsaslanmadan, intuisiyanıza güvənərək qəbul etsəniz, yanlışlıqlara yol verməyəcəksiniz. Kommersiya fəaliyyəti, anlaşma və sövdələşmələr, alış-veriş üçün əlverişli gün deyil.

Əkizlər - Bəxtə və uğura bel bağlamayın. Bu gün əldə edəcəyiniz hər şeyə görə qətiyyət, iradə və əzminizə minnətdar olmalısınız. Təhsil, informasiya, bilik və bacarıq əldə etmək üçün yaxşı gündür. Dünyagörüşünüzü artırın. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Cari işləri başa çatdırın.

Xərçəng - Bir çox problemlərin həlli üçün əlverişli zamandır. İntizamlı, ciddi, xırdalıqlara və detallara diqqətli olun. Mühüm məsələni unutmayın. Aktual məsələlər və planları yaxınlarınızla müzakirə etmək olar. Yaxın perspektivə hesablanmış ideyaları təhlil edin. Bu gün yaranacaq tanışlıqlardan biri yaşamınızda mühüm rol oynaya bilər.

Şir - Bir sıra məsələlərin həlli üçün əlverişli gündür. Sürətli, qətiyyətli, aktiv olun. Qarşınıza qoyduğunuz məqsədlərə çatın. İdeyalarınızı reallaşdırmaq üçün gərəkli insanları tapın. Alış-veriş üçün əlverişli zamandır. Amma bədxərclik etməyin.

Qız - Əlverişli, münasib gündür. Müsbət təmayüllərin təsiri güclənir. Enerjinizi məntiqli istiqamətə yönəldin. Etibarlı müttəfiqlərə bel bağlaya bilərsiniz. Onlar sizə dəstək verəcək, məsləhətlərini əsirgəməyəcəklər.

Tərəzi - Karyeranızın inkişafının asılı ola biləcəyi insanlarla qeyri-formal şəraitdə ünsiyyətdən imtina etməyin. Belə şəraitdə qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yarada bilərsiniz. İncə zövqlü, əla tərbiyəli insan təsiri bağışlamağa çalışın. İctimai həyatda iştirak, dəvət aldığınız tədbirə qatılmaq üçün yaxşı zamandır.

Əqrəb - Enerji potensialı səviyyəniz yüksəkdir. Bir yerdə duruş gətirə bilmirsiniz. Daim nə işləsə məşğul olmaq istəyirsiniz. Həmin işlərin faydalı olmasına çalışın. Vaxtınızı və qüvvənizi sərf etmək üçün səhih istiqaməti sizə deyə biləcək insan yanınızda olarsa, əladır.

Oxatan - Mühüm işləri təxirə salmayın. Bu gün başladığınız bütün işlərdə uğura nail ola bilərsiniz. Hansı layihənin perspektiv olduğunu, hansının isə diqqətə layiq olmadığını intuisiyanız sizə deyəcək. Ünsiyyət, yeni müttəfiqlərin aranması, dostlarla təmaslar və romantik görüş üçün əlverişli zamandır.

Oğlaq - Qaydalara riayət etməyə, ənənələri pozmamağa çalışın. Sınanmış, etibarlı yolla gedin. Risk etməyin. Belə taktika məntiqidir, səhvlərə yol verməməyə imkan verir. Amma uğurun sürətlə əldə olunacağını düşünməyin. Bahalı, statuslu əşya ala bilərsiniz. Geyim almaq fikrindəsinizsə, klassik stilə üstünlük verin.

Dolça - Risk etməkdən çəkinməyin. Qətiyyət və əzmkarlıq sizə uğur vəd edir. Sizi tənqid etməyən, dəstəkləyən insanlarla daha çox ünsiyyətdə olun. Bədbin insanlarla təmasları minimuma endirin. Kiçik gəlirlər ola bilər. Alış-verişdə bədxərclik etməyin.

Balıqlar - Günün ilk yarısı uğurludur. Bu zaman ərzində nə qədər çox faydalı iş görə bilsəniz, o qədər yaxşıdır. Müsbət təmayüllərin təsiri tədricən azalır. Axşam saatlarına yaxın problemlər yarana bilər.
Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google
დაიცავი დისტანცია