3 mart üçün ulduz falı
Qoç - günün ilk yarısını optimal, əlahiddə zaman adlandırmaq çətindir. Həyat tonusu yüksək deyil. İşləriniz bir qədər az olsaydı, sevinərdiniz. Amma işlər çoxdur və onların hamısı diqqət tələb edir. Çətin ki, axşama qədər istirahətə, gücünü bərpa etməyə vaxtınız ola.

Buğa - pis zaman deyil. Bəxtiniz gətirir. Hadisələr gözlənilmədən uğurlu inkişaf edəcək və siz bundan yararlanmaq imkanını əldən verməyəcəksiniz. İşdə uğur qazanmaq ehtimalı böyükdür. Yeni iş tanışlıqları şansı yaranacaq.

Əkizlər - məramlarınız və hədəfləriniz dəyişə bilər. İdeya baxımından kasadlıq hiss olunmur. Təşkilati məsələlərlə bağlı problemlər yaranarsa, çevik tərpənin. Nəzərdə tutduğunuz işləri başa çatdırmaq üçün qüvvə, vəsait və ya diqqət çatışmazlığı istisna deyil. Yarımçıq işlərdə süni təkanlar və ya gərəksiz sürətlənmələr işin zərərinədir.

Xərçəng - geniş miqyaslı işə başlayırsınızsa, vəziyyətin ağırlaşması istisna deyil. Aktivliyinizi azaltmağa çalışan, sədlər və maneələr yaradan insan var. Dürüst istiqamətdə hərəkət etdiyinizə əmin deyilsinizsə, problemləri mərhələli şəkildə, tələsmədən həll edin. "Şər deməsən, xeyir gəlməz" deyimini unutmayın.

Şir - ciddi, əhəmiyyətli işə başlamaq üçün qətiyyətli olun. Tərəddüd etməyin, iradəli davranın. Fikriniz cari işlərdən uzaqlarda olmasın. İllüziyalara qapılmayın, fantaziyanın köləsinə çevrilməyin. Qarşınıza qoyduğunuz məqsədin reallıq səviyyəsini saf-çürük edin.

Qız - mövqelərinizi möhkəmləndirin, stabilliyə can atın. Danışıqlar aparın, informasiya arayın, mütəxəssislərlə məsləhətləşin. İntellektual və fiziki yük az olmayacaq. Zəruri təhlildən sonra ideyalar, hesablamalar, təkliflər və vədlər başqa forma ala bilər.

Tərəzi - sizə səbr lazımdır. Bu gün ümid və planlarla doludur. Amma onların həyata keçməsi üçün bir qədər vaxt lazımdır. Özünüzü işə girişməyə məcbur etmək çətindir. Bu, təcili həllini tələb edən peşə problemləri ortaya çıxdıqda xoşagəlməz nəticələr verə bilər.

Əqrəb - günün ilk yarısında baş verəcək fors-major situasiya cari məsələlərin həllinə, öhdəliklərin yerinə yetirilməsinə mane ola bilər. Fəaliyyətinizin məhsuldarlığı durumdan tam asılı olmamalıdır. Gərəkli nəsnələr yaxınlıqdadır, əlçatandır. Yaxın ətrafınızdakı insanlarla təmaslar zərurət həddindən kənara çıxmamalıdır.

Oxatan - bir yerdə durmasanız, süst davranmasanız, əməyinizin bəhrəsini görəcəksiniz. Kefinizi kökəldəcək hadisələr yaşana bilər. Güzəşt, kompromis zamanıdır. Nəzərdə tutulmamış olay fəaliyyət planlarını poza bilər. Yeni işlərə başlamayın, ifrat təşəbbüskar olmayın.

Oğlaq - Hər şey yaxşı gedir. Amma çox yavaş. Hadisələrin daha sürətlə cərəyan etməsini istəsəniz də, buna nail ola bilməyəcəksiniz. Günün əvvəli yaradıcılıq fəaliyyəti üçün münasibdir. Sizin ideyalarınız son dərəcə yaxşıdır. Amma onları layiqincə qiymətləndirməyi hamı bacarmır. Günün ikinci yarısında hesab işlərində səhvlər, maddi itkilər mümkündür.

Dolça - ətrafınızdakı insanların energetik təsirinə həddən artıq aludə olmayın. Hisslərinizə hakim olun. İstənilən hadisənin inkişaf məcrasında emosiyalar böyük rol oynamamalıdır. Vədlərə inanmayın, başqasının qurduğu situasiyaya düşməyin.

Balıqlar - günün ilk yarısında hansısa nəticəyə nail olmaq üçün maksimum səy göstərmək lazım gələcək. Bir az zəiflik kifayətdir ki, uğursuzluqlar üzərinizə gəlsin. Alın təri ilə işləməli
ol
acaqsınız. İş mühitində ciddi münaqişələr mümkündür.
Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google