4 mart üçün ulduz falı
Qoç - günün ilk yarısında tələskənliyə yol verməyin. Ünsiyyət çevrənizi süni şəkildə genişləndirməyin. Yeni obyektlər maraq oyada bilər. Aktiv olun, mənafelərinizin qulaqardına vurulmasına imkan verməyin.
Buğa - yaxın ətrafınızdakı insanların əhvalından hali olun. Münaqişələri tez çözməyə çalışın. Kollektiv fəaliyyətdə xeyir var. Yaradıcılıq planlarını nəzərdən keçirin. Bəzi niyyətlərin təftişə ehtiyacı var. Romantik hisslərə qapılmayın.

Əkizlər - yaşam arealınızın genişləndirilməyə ehtiyacı var. İmkanlar və şanslar artır. Uzaq səfər sizi rutinlikdən ayıra bilər. Yaşamınızdakı digər məqamlarla bağlı stimula ehtiyacınız var.

Xərçəng - yaxın ətrafınızdakı insanların dediklərinə diqqətlə qulaq asın, amma bildiyiniz kimi hərəkət edin. Sizi maraqlandıran məsələ ilə bağlı söhbəti başa vurun. Tərəfdaş və ya şərikin razılığını almadan birgə işə başlamaq mümkün deyil.

Şir - baş verənləri diqqətlə mşahidə edin. İnkişaf edən mövzunu dəqiqləşdirin, münaqişələrin qarşısını alın. Maraqlarınızın tam təminatı üçün yollar arayın. İmkanlarınız genişlənəcək. İşlərdə gecikmələrə və axsamalara yol verməyin.

Qız - yaxın gələcəklə bağlı planlaşdırma və proqnozlaşdırma üçün pis gün deyil. Vurnuxmaya qatılmayın. Mövcud situasiyanın nüanslarını anlamaqda sizə yardımçı ola biləcək insanlarla təmaslarda xeyir var. Yeni ideyalar formalaşacaq.

Tərəzi - günün ilk yarısı paradoks, ya da tam əksinə - hansısa sirrin cavabını, tapmacanın açmasını, xəbərdarlığı vəd edir. İntuisiyanızın səsinə qulaq asın. Yarımçıq işi mütləq şəkildə başa vurun. Harasa yollanmalısınızsa, yola çıxın.

Əqrəb - hisslərlə emosiyaların qəfil "partlayışı" zamanıdır. Aldığınız informasiya, eşitdiyiniz sözlər təəccüb, stress yarada bilər. İşlərinizdə irəliləməyə, yeni zirvələr fəth etməyə çalışın.

Oxatan - kollektivin, yaxud da tərəfdaşların maraqlarını nəzərə alın. Hansısa iş dərhal alınmazsa, tələsməyin. Bir qədər durun, situasiyanı təhlil edin. Yeni şanslar və imkanlar yaranacaq. Çətinliklər, əsəblərin tarıma çəkilməsi də olacaq.

Oğlaq - gəlir mənbələrini artırmaq, yeni işlə məşğul olmaq üçün münasib zamandır. Amma bunun üçün emosiyaları unudaraq istənilən situasiyada liderliyi bacarmaq gərəkdir. Dəyər verdiyiniz, önəmli saydığınız əlaqələr və ya münasibətlərlə bağlı durum kəskinləşir. Ehtiyatlı olun, avantüralara qapılmayın.

Dolça - macəra aramayın. Enerjinizi dürüst istiqamətə yönəldin, çətin situasiyada pərişan qalmayın. Bütün qapılar açıqdır. Amma tərəfdaş və ya şəriki yeni layihəyə cəlb etmək asan deyil. Arqumentlərdən yararlanın, təzyiqə, pressinqə əl atmayın. Şəxsi münasibətlərdə dramatik müzakirələr zamanıdır.

Balıqlar - qayğılar və problemlər çox olsa da, nəticələr sizi sevindirəcək. Çətin işlərin nizamlanmasında intuisiyanıza güvənə bilərsiniz. Mövcud problemlərin qəfil, orijinal həllərini tapın. Uzun müddət bir yerdə qalmayın, aktiv olun.

Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google