Qaribaşvilinin siyasətə qayıdacağı rəsmi olaraq təsdiqləndi

İrakli Qaribaşvilinin siyasətə qayıdacağını və onun “Gürcü Arzusu”nun siyasi katibi vəzifəsini tutacağını partiyadan rəsmi olaraq təsdiqləyiblər.

Qaribaşvili siyasi şuranın üzvü olacaq.

Partiyanın baş katibi Kaxa Kaladzenin bildirdiyinə görə, Qaribaşvili fərqli xüsusiyyətlərə malik insandır və onun ölkənin inkişafına mühüm töhfəsi olub.

Bu günədək partiyanın siyasi katibi vəzifəsini Qia Volski tuturdu. Bu gün məlum oldu ki, “Gürcü Arzusu” yeni vəzifə – başqa partiyalarla əlaqələr üzrə katib vəzifəsini təsis edib və Volski məhz bu vəzifəni tutacaq.


Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები