Avtomobillərin təkrar texniki baxışdan keçməsi zamanı yalnız çatışmamazlıqlar yoxlanılmayacaq - əlavə nəyə diqqət yetirəcəklər?
Avtomobillərin təkrar texniki yoxlayışdan keçməsi zamanı yalnız xarab olmuş hissələr yoxlanılmayacaq.

Bu haqda dəyişiklik nəqliyyat vasitələrinin dövri baxışdan keçməsi reqlamentinə daxil olub.

Konkret olaraq, dəyişikliyə əsasən təkrar yoxlama zamanı nəqliyyat vasitəsinin vizual yoxlayışı da həyata keçiriləcək.

Avtomobilin təkərlərinin, ön şüşənin, səsboğanın, qazın normadan artıq tüstülənməsinin
və digər elementlərin xarici nəzərdən keçirilməsindən söhbət gedir.

Xatırladaq ki, avtomobilin texniki baxışı 2018-ci ildən mərhələli şəkildə davam edir. 2019-cu ilin 1 yanvarından isə hər növ avtomobil üçün baxışdan keçmək məcburidir.

Mənbə: BPN
Print ელ. ფოსტა
FaceBook Twitter Google