Taksilər texniki baxışdan ildə iki dəfə keçməli olacaqlar
Taksilər texniki baxışdan ildə iki dəfə keçməli olacaqlar.

Bu haqda dəyişiklik nəqliyyat vasitələrinin dövri texniki yoxlayışı reqlamentinə daxil olub.

Konkret olaraq, dəyişikliyə əsasən taksilər dövri texniki baxışdan avtomobilin istehsalından bir il sonra, hər növbəti texniki yoxlayışdan isə altı aydan bir keçəcəklər.

“Bununla texniki baxış reqlamentinə dəyişiklik daxil edilib və ona əsasən taksilər texniki baxışdan ildə bir dəfə keçməli idilər. Reqlamentə daxil olan yeniliklər eləcə də sonrakı öhdəliklərə toxunub: identifikasiya məqsədi ilə nəqliyyat vasitəsinin rənginin müəyyən edilməsi öhdəliyi; Sahibin öhdəliyi – nəqliyat vasitəsinin rənginin dəyidşirilməsi halında qeydiyyat orqanına müraciət etsin; Şüşələrin tündləşdirilməsinin yoxlanılması öhdəliyi” - məlumatda deyilir.

Mənbə: BPN
Print ელ. ფოსტა
თეგები: ტაკსი
FaceBook Twitter Google