Şokolad, tüklü oyuncaqlar və gül buketləri – Marneuli sakinlərinin 8 mart hədiyyələri

8 mart Beynəlxalq Qadınlar günü 1857-ci ildən qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olaraq, ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir.



8 mart 1908-ci ildə Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə 15 min qadın, daha qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “Çörək və Gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifahı ifadə edirdi.

1910-cu ildə 1857-ci il hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi.

Bu gün də 8 mart qadınlar günü dünyanın əksər ölkələrində qeyd edilməkdədir. Bu ölkələr sırasına Gürcüstan da daxildir.
Hər il 8 mart Gürcüstanda geniş şəkildə keçirilir.

Maraqlıdır, bəs Marneuli sakinləri 8 martı necə qeyd edirlər? Bəylər daha çox hansı hədiyyələrə üz tuturlar.
Hədiyyə sifarişlərini onlayn yolla çatdırılmasını həyata keçirən Marneuli Hədiyyələr səhifəsinin rəhbərindən müsahibə alaraq Marneuli sakinlərinin hədiyyə seçimləri ilə tanış olduq.

Səhifənin rəhbəri 8 martla bağlı daha çox sifarişlərin gəldiyini bildirdi və o, qeyd etdi ki, hədiyyə sifariş verənlərin əksəriyyətini bəylər təşkil edir. Onlar daha çox şokolad, balaca oyuncaq ayı və gül buketinə üstünlük verirlər.

Bəylər isə xanımlarına daha çox 100 lari məbləğində hədiyyələr alırlar.

Biz Marneuli sakinlərinləri arasında sorğu keçirdik. 8 mart üçün bəylər kimlərə, nə hədiyyə alacaqlar, eyni zamanda qadınlar kimlərdən və hansı hədiyyələr gözləyirlər – onların fikirləri ilə tanış olduq.



Print ელ. ფოსტა
FaceBook Twitter Google