13 mart üçün ulduz falı
Qoç - ötənlərdə baş vermiş hadisələrdən biri indi sizi ciddi narahat edəcək. Qordi düyünü təsiri bağışlayan çətinliyi həll etməyə başlayın. Gərəkli sonuc əldə edilənədək çalışın. Yeni işə başlamayın: problemlər heç az deyil.

Buğa - maddi perspektivlərinizi dəqiqləşdirin. Sərfəli olmayan, mənfəət vəd etməyən işləri dayandırın. Çoxlu qüvvə və vaxt tələb edən, amma əvəzində kiçik irəliləyiş perspektivlərinə malik prosesdən kənara çəkilin. Borcu qaytarsalar və ya gəlir əldə etsəniz, pulları xərcləməyə tələsməyin.

Əkizlər - ziddiyyətlər və əkslikləri, fikir ayrılıqları və tərəddüdləri ağır problemlər saymayın. Mövqelərinizin dayanıqlı olmasına çalışın. Fəaliyyətinizin effektivliyinin dayanıqlı olması üçün zəruri tədbirlərin görülməsinə ehtiyac var.

Xərçəng - eyni vaxtda bir neçə işlə məşğul olsanız, mövqelərinizi itirə bilərsiniz. Maraq dairənizi bir qədər məhdudlaşdırın. Bütün işləri başa çatdırmaq mümkün deyil. Xəyallara qapılmayın. Yaxın ətrafınızdakı insanlardan birinin şirin vədlərinə aldanmayın.

Şir - ikinci dərəcəli məsələlərin pərdələdiyi əsas məqamı görməyə çalışın. Ümumi ab-hava gərgindir. Ətrafdakı insanlar arasında münaqişələrin yaranması istisna deyil. Reaksiyanız sərt olmasın. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Başqalarını anlamağa can atın.

Qız - məqsədlərinizlə məramlarınız dəyişə bilər. Qarşınıza qoyduğunuz hədəfə çatmaq üçün güc, vasitə və ya gərəkli insanların diqqəti yetərsizdir. İndi nəyisə yenidən təşkil etmək çox çətindir. Hadisələr planlaşdırdığınız kimi inkişaf etmirsə, narahat olmağa dəyər.

Tərəzi - uzaqgörən olmağa çalışın. Gərgin situasiyaya rəğmən sağlam məntiq çərçivəsində hərəkət edin. Durumun çətinliyini instiktiv olaraq anlayın. Çalışdığınız insanların emosional durumunu qulaqardına vurmayın.

Əqrəb - cari işlərlə məşğul olun, köklü və önəmli yeniliklərlə bağlı tələsik qərar verməyin. İlk baxışda görünməyən təfərrüatlara fikir verin. Yaxın ətrafınızdakı insanların davranışlarını nəzərdən qaçırmayın. Mühüm informasiya nüanslardadır.

Oxatan - yaxın ətrafınızdakı insanların emosional durumunu nəzərə alın. Yeni münasibətlər və tərəfdaşlıq formatı yaratmaq olar. Harada səhv etdiyinizi anlamağa çalışın. Şəxsi münasibətlərdə təəssüf, pərişanlıq yarana bilər. İnciklik, vida, ayrılıq istisna deiyl.

Oğlaq - əldə etdiyiniz nəticələri diqqətlə nəzərdən keçirin. Qeyri-məhsuldar işlə məşğul olduğunuzu görsəniz, təcili qərar qəbul edin. Önəmli istiqamətdə uğur qazanmaq üçün imtina etməyiniz gərəkən məqamları seçin.

Dolça - günün ilk yarısı böyük səylər və diqqətin əsas işə yönəldilməsini tələb edir. Cari proseslərdən kənarlaşaraq şəxsi maraqlarınızın təminatı üçün asudəlik aramayın. Gərəkli işi vaxtında görməmək riski yaratmayın.

Balıqlar - başqalarının mənafelərini üstün tutaraq öz maraqlarınızı ikinci dərəcəli saymayın. Yaşamınıza müdaxilə edən hadisələr və proseslər sizi təbdən çıxarmamalıdır. Ehtiyatı əldən verməyin, məntiqli davranın. Gərginlik paradoksal olsa da, işlərinizdə irəşliləyişlərə səbəb olacaq.
Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google
დაიცავი დისტანცია